Kosovonun prezidenti: Serbiya ilə münasibətlərin normallaşmasında ABŞ-ın rolu vacibdir

Taçi əvvəlcə qeyd edib ki, Serbiya ilə bir razılaşma 2019-cu ilin sonuna qədər əldə edilə bilər.

Source: google.az


''Biz Berlində bir daha Avropanın necə zəif olduğunun və Avropa İttifaqının birləşmiş olmadığının şahidi olduq''

Kosovonun prezidenti Haşim Taçi deyib ki, Vaşinqton Serbiya ilə münasibətlərin normallaşmasında "aparıcı rol" oynamalıdır, çünki Avropa Birliyi çox "zəif" və "birləşmiş deyil", – Azadlıq Radiosu xəbər verir.

"Əlbəttə biz Berlində bir daha Avropanın necə zəif olduğunun və Avropa İttifaqının birləşmiş olmadığının şahidi olduq," – Taçi Almaniyanın kansleri Angela Merkel və Fransa prezidenti Emmanuel Makronun ev sahibliyində keçirilən Berlin zirvəsindən sonra, mayın 2-də verdiyi bəyanatda deyib.

Zirvə toplantısı Avropa İttifaqının vasitəçiliyi ilə Kosovo və Serbiya arasında danışıqların yenidən başladılmasınə qarşıya məqsəd qoysa da, bu, baş tutmayıb.

Taçinin sözlərinə görə, Kosovo və Serbiya arasında mümkün dialoq prosesində ABŞ-ın rolu "əvəzedilməzdir". O deyib ki, Amerika Birləşmiş Ştatlarının dinamik və aparıcı rolu olmadan razılaşmaya nail olmaq mümkün olmayacaqdır.

Taçi əvvəlcə qeyd edib ki, Serbiya ilə bir razılaşma 2019-cu ilin sonuna qədər əldə edilə bilər.

Bunun hələ də mümkün olub-olmadığını soruşduqda o cavab verib: "Ümid edirəm ki, bəli. Əgər bu olmazsa, biz bir on illik daha itirə bilərik".

Priştina və Belqrad arasındakı danışıqlar 2018-ci ildə təklif edilən torpaq mübadiləsi ilə bağlı xəbərlərdən, yəni Kosovonun noyabr ayında Serbiya idxalına 100 faizlik vergi qoyduqdan sonra pozulub.

Kosovo keçmiş Serbiya əyaləti olaraq 2008-ci ildə müstəqilliyini elan edib. Bu addım Belqrad tərəfindən rədd edilib.

Həm Kosovo, həm də Serbiya Avropa İttifaqına qoşulmaq üçün can atır. İki ölkə arasındaki əlaqələrin normallaşması quruma daxil olmaq üçün əsas şərtlərdən biridir.

Ana səhifəDünyaKosovonun prezidenti: Serbiya ilə münasibətlərin normallaşmasında ABŞ-ın rolu vacibdir