Koronavirus: 76 yoluxan, 104 sağalan, 2 ölü

Eyni zamanda, ötən müddətdə 1 milyon 13 min 108 testin aparıldığı qeyd olunub

Source: Meydan TV


Aktiv xəstə sayı 1979 nəfərdir

Sentyabrın 14-də Azərbaycanda 76 adam COVİD-19 infeksiyasına yoluxub, 104 nəfər müalicə olunaraq sağalıb, 2 xəstə ölüb.

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Operativ qərargah bildirib ki, Azərbaycanda indiyə qədər 38 min 403 nəfər yeni koronavirus infeksiyasına yoluxub.

Onlardan 35 min 860 nəfər müalicə olunaraq sağalıb, 564 pasient ölüb.

Hazırda aktiv xəstə sayı 1979 nəfərdir.

Eyni zamanda, ötən müddətdə 1 milyon 13 min 108 testin aparıldığı qeyd olunub: "Bugünkü test sayı isə 3630-dur".

Ana səhifəSosialKoronavirus: 76 yoluxan, 104 sağalan, 2 ölü