Kommunal xidmət səviyyəsi aşağıdır

Ekspertlər Dövlət Statistika Komitəsinin göstəricilərini şişirdilmiş sayır

Source:


Ekspertlər Dövlət Statistika Komitəsinin göstəricilərini şişirdilmiş sayır

2000-ci ildə ölkənin mənzil fondunun 27,7 faizi, 1 iyul 2014-cü il üçün 8,8 faizin isti su ilə təchiz edilib. Dövlət Statistika Komitəsində bunu müqayisədə normal sayırlar (2012-13-cü illərdə 5,2 faiz, 2011-ci ildə 4,7 faiz).

 “Azəristiliktəchizat” ASC-nin  avadanlığının  80 faizi Bakıda cəmləşib. Xidmət səviyyəsi azalsa da, dövlət maliyyələşməsinə təsir etməyib.

Dövlət Statistika Komitəsinə görə, isitmə sistemi ilə bağlı işlər (64,8 faiz) daha yaxşıdır. “Turan İA” bildirir ki, ekspertlər bu rəqəmi şişirdilmiş sayır, çünki hətta paytaxtda əhalinin çoxu kombilərdən istifadə edir.

2008-13-cü illərdə dövlət büdcəsindən isitmə sisteminə 112 mln manat ayrılıb, daha 109 mln manat büdcə vəsaiti bu SC-yə investisiya kimi yönəldilib. Bu, hər il səmərəsiz təsərrüfatçılıq üçün 36,8 mln manat deməkdir.

Komitə bildirir ki, bu ilin avqustu üçün əhalinin 87,1 faizi su, 85,1 faizi kanalizasiya ilə təmin edilib. Qazlaşma səviyyəsi 92,1 faizdir.


Qeyd:

Dövlət Statistika Komitəsi uçot zamanı özəlləşdirilməmiş mənzilləri və tikinti kooperativlərinin balansında olan mənzil fondunu nəzərdə tutur.

Ana səhifəXəbərlərKommunal xidmət səviyyəsi aşağıdır