“Sahil D” MTK-nın direktoru vəzifəsində çalışan Məzahir Cəfərov tikinti dələduzluğuna görə bir müddət həbs də edilib
İyunun 20-də
Diasporla İş üzrə Dövlət Komitəsi
nin sədri
Nazim İbrahimov
un qaynı Məzahir Cəfərov intihar edib. APA-nin məlumatına görə, yaxınları hadisənin ilkin səbəbi kimi M. Cəfərovun keçirdiyi ağır xəstəlikdən irəli gələn psixoloji durumu göstərir.
Diasporla İş üzrə Dövlət Komitəsi
nin sədri
Nazim İbrahimov
un qaynı Məzahir Cəfərov intihar edib. APA-nin məlumatına görə, yaxınları hadisənin ilkin səbəbi kimi M. Cəfərovun keçirdiyi ağır xəstəlikdən irəli gələn psixoloji durumu göstərir.
Hadisə ilə bağlı ilkin xəbəri yayan Aznews.az bildirib ki, Məzahir Cəfərov paytaxtın Həsən Əliyev küçəsində yerləşən mənzilində asılmış halda tapılıb.
Məlumata görə, “Sahil D” MTK-nın direktoru vəzifəsində çalışan M. Cəfərov Hacı İbrahim Nehrəmlinin (həm də Diasporla İş Üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimovun-red.) yaxın silahdaşı olub, eyni zamanda qardaşı Sahib İbrahimovun tikinti işlərinə nəzarət edirmiş.
Sayt bildirib ki, Məzahir Cəfərovun adı bir müddət əvvəl mətbuatda hallanmışdı. Bildirilirdi ki, tikinti dələduzluğuna, bir mənzilin bir neçə nəfərə satılmasına görə, Məzahir Cəfərov həbs edilib, Sahib İbrahimov isə hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb. Bu hadisə İbrahimovun şəriki İlham Qasımovla apardığı məhkəmə prosesində uduzmasından sonra baş vermişdi. Ali Məhkəmənin qərarına əsasən, İbrahimovun Rövşən Əliyev küçəsində tikdiyi 24 mərtəbəli 4 bina İlham Qasımova verilmişdi. Binaları “Galaxy Palace” şirkəti tikirdi. İstintaq zamanı 8 milyon yeyintinin olduğu aşkarlanmışdı.