Klinton Trampı 10 faiz üstələyib

Avqustun 2-dən 4-dək demokratların səsi 2 faiz artıb

Source:

Avqustun 2-dən 4-dək demokratların səsi 2 faiz artıb

ABŞ prezidentliyinə Demokratlar partiyasından namizəd Hillari Klinton  Respublikaçılar partiyasından olan rəqibi Donald Trampı artıq 10 faiz qabaqlayır.

APA-nın məlumatına görə, Fox News telekanalı tərəfindən keçirilmiş son sorğuya əsasən, Klinton seçicilərin səsinin 49 faizini, Tramp isə 39 faizini toplaya bilər.

Bir ay əvvəl telekanalın keçirdiyi rəy sorğusunda Klintonun üstünlüyü 6 faiz təşkil edirdi.

Avqustun 2-də  “Reuters” agentliyi  və “İpsos” şirkəti tərəfindən birgə keçirilmiş sorğunun nəticələrinə görə,  Klinton Trampı 8 faiz qabaqlayıb.

2016-cı il noyabrın 8-də ABŞ-da prezident seçkiləri keçiriləcək.

Ana səhifə ▸ Xəbərlər ▸ Klinton Trampı 10 faiz üstələyib