KİV Əli Həsənovun ailə üzvlərinə məxsus şirkətlərin vergi borclarını dərc edib

Məlumata görə, borcun ümumi həcmi 208 min manat təşkil edir.

Source:

“Report” saytı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən Prezident Administrasiyasının ləğv olunmuş İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənоvun ailəsinə məxsus şirkətlərin bir qisminin vergi borcunu elan edib.

Məlumata görə, borcun ümumi həcmi 208 min manat təşkil edir. “Kaspi Liseyi” Ümumtəhsil Məktəbi MMC istisna olmaqla qalan şirkətlər Bakı şəhəri, Səbail rayonu, Fikrət Əmirov küçəsi, 1 ünvanında dövlət qeydiyyatına alınıb. Həmin ünvanda Beynəlxalq Mətbuat Mərkəzi yerləşir. Onlara əsasən, Ə.Həsənovun həyat yoldaşı Sona Vəliyeva, oğlu Şamxal Həsənli və yaxın qohumu Azər Vəliyev rəhbərlik edir.

Əli Həsənov 90-cı illərdən Prezident Administrasiyasında şöbə müdiri, son illər bununla bərabər prezident köməkçisi vəzifəsində işləyib. O, mətbuatın qeyri-rəsmi kuratoru sayılıb. Əli Həsənov mətbuata ayrılan maliyyənin və dövlətin jurnalistlərə etdiyi digər yardımların bölüşməsi məsələsini həll edib.

Prezident İlham Əliyev ötən ilin 29 noyabr tarixində Əli Həsənovu vəzifəsindən azad edib.

screenshot_at_jun_17_15-21-31.png
Cədvəl
Ana səhifəSiyasətKİV Əli Həsənovun ailə üzvlərinə məxsus şirkətlərin vergi borclarını dərc edib