KİV: Azərbaycan əsgəri həlak olub

Hərbi Prokurorluqda cinayət işi başlanıb

Source: google.az

Hərbi Prokurorluqda cinayət işi başlanıb


Bizimyol.info

saytı Cocuq Mərcanlı kəndi istiqamətində martın 18-də səngərdə erməni tərəfdən açılan atəş nəticəsində hərbçi Hümbətov Aqil Vüqar oğlunun həlak olması barədə məlumat yayıb.

A.Hümbətov Şəki rayon Çay Qaraqoyunlu kəndindən hərbi xidmətə çağırılıb.

Müdafiə Nazirliyi Mətbuat Xidmətinin rəhbəri Vaqif Dərgahlı “Bizimyol.info” saytına açıqlamasında əsgərin həlak olma səbəbinin erməni tərəfdən açılan atəşin olmadığını deyib. O bildirib ki, Hümbətov Aqilin həlak olması ilə bağlı Hərbi Prokurorluqda cinayət işi başlanıb, araşdırma aparılır.

Ana səhifəXəbərlərKİV: Azərbaycan əsgəri həlak olub