Burada kitabları endirimli qiymətlə əldə etmək olur. Onlar stendlərə düzülüb gələcək oxucularını gözləyir. Söhbət kitab yarmarkasından gedir. Bakının – Elmlər Akademiyası və Nərimanov parklarında 1 aya yaxındır kitab yarmarkaları keçirilir.
11 ildir kitab satışı ilə məşğul olan Xətai Abdullayev deyir, yarmarkalar kitab satışına müsbət təsir edir.
“Qanun”, “Hədəf”, “Ali Nino” nəşrlər evinin təşkil etdiyi kitab sərgisi ən çox gənclərin diqqətini cəlb edir. Ancaq qiymətlərin baha olduğunu deyib, elə baxmaqla kifayətlənənlər də az deyil.
Kitab yarmarkası sentyabracan davam edəcək.