Azərbaycan qadınının problemi onun xoşbəxtliyinin iylənmiş kişi corabında olmasının bələkdən onun başına yeridilməsidir. Hətta qarğışlar belə ondan xəbər verir: kişi corabı iyinə həsrət qalasan, nə bilim üzünə kişi zəncirbəndi ( zamoku) açılmasın və s…..
Qadın Azərbaycanda ancaq ana, baci arvad qismində xoşbəxt ola bilər… hər millətin arxetipi var, bizim arxetipimiz yaxın şərq arxitipinə yaxin aid etmek olar. Bu regionda qadın əsas deyil, koməkçidir, qadın yol deyil, yol ötürücüsüdür, qadın ərinin kölgəsində yalnız ona dəstək ola bilər…
Qadın hər şey ola bilər. Yalnız fərddən başqa. Qadın anadan olan gündən kiminsə anasıdır. Kiminsə çay gətirənidir. Bunu bir az sonra açmaga çalişacam.
Anamla münasibətim heç vaxt hamar olmayıb. Onu həmişə mənim uğurlarımı kiçiltməkdə ittiham etmişəm. Sadəcə indi başa düşmüşəm ki, mənlə anam eyni qəpiyin ayrı-ayrı üzləriyik. Mən anama nə qədər qarşı çıxsam da, yalnız bu həftə anlamışam ki, mənim arzum anamın mənimcün arzuladıqlarından kəskin formada fərqlənmirmiş. Mənim də arzum kişi corabı romantikasından o tərəfə cıxmırmış.
Ne yaşım azdır, ne mütailəm, nə də diplomum…
2 bakalavr, 3 maqistr ve 1 PhD ( bir maqistr və PhD research xaricdə etmişəm) təhsilim məni Tükəzbanlıqdan çıxarmayıbsa, mən hələ də əlimdə olanları uğur yox, sadəcə yaxşı ana olmaq üçün vəsait sayıramsa, ən böyük uğuru gələcək həyat yoldaşıma çay gətirməkdə, ona həyan olmaqda görmüşəmsə deməli, vəziyyət daha çətindir…
Bir dəfə çox yaxın dostumla “aslanın erkəyi-dişisi olmaz” deyiminə görə mübahisəm olmuşdu. O deyir ki, aslan bu halda, hermofraditdir, mütləq cins olmalıdır, o nə deməkdir ki, cins yoxdur?! Sadəcə, bir şeyi anlamaq yerinə duşərdi ki, dil arxetiplerin, kollektiv şüursuzluğun daşıyıcısıdır. Türk dilində cins kateqoriyası yoxdur. Ona görə də, bizdə “aslanın erkəyi- dişisi olmaz”, “Həcəri özündən daha qoçaq Nəbi” kimi ifadələr yaranıb. Bu deyimdən fərd azadlığından, qadını cinsə bölmədən onu kişı ilə eyni pilləyə qoyan düşüncədən bu cür yanaşmaya- qadını aşağılamağa meyli izah etmək lazm gəlir. Yalnız bir səbəb var – Islam, ərəb-semit mifologiyası…
Iudaizmdə belə bir rəvayət var. Allah birinci qadın olaraq Liliti yaradır. Lakin Lilit cinsi akt zamanı həmişə altda olmağa qarşı cıxır və cəzalandırılır. Semit-ərəb mədəniyyətində qadın həmişə nərdivanın daha aşağı qatında yer alıb, aşağılanıb. Bir misal bunu daha yaxşı izah edə bilər. Ərəb və ya ivrit dilində 100 qadın olsun və bu qadınlardan birinin qucağında bir aylıq oğlan uşağı varsa, bu halda yenə cəm forması kişilərə uyğun omalıdır. Yaxud, dinə diqqətlə baxılsa, görəcəyik ki, ərəb semit əsilli olduğna görə hər şey kişimərkəzlidir. Şahid kimi 1 kişinin 2 qadına bərabər olması, 4 həyat yoldaşı, istənilən qədər cariyə saxlama imkanı, cənnətdə baldırları ağappaq bakirə qızlar ancaq kişiler üçün nəzərdə tutulub və bütün bunlar kişilərin üstünlüyündən xəbər verir. Bu cür düşüncə tərzinin bizlərə aşılanması nəticəsində və din yerli mədəniyyətə qalib gəlib və qadın ilkin olaraq olduğu yerini itirib.
p.s. mən feminist və s deyiləm sadecə indi anlayıram ki qadın fərd, şəxsiyyət olmalıdır, daha sonra qadın, ana və həyat yoldaşı…