Kirsan İlyumjinov istefa verib

O, məhkəmə vasitəsilə ABŞ-dan 50 milyard tələb edəcək

Source:


O, məhkəmə vasitəsilə ABŞ-dan 50 milyard tələb edəcək

Beynəlxalq Şahmat Federasiyasının (FİDE) prezidenti Kirsan İlyumjinov postunu tərk edib.

Bu barədə məlumatı echo.msk.ru saytı yayıb.

Bildirilir ki, bu qərar Yunanıstanda keçirilən FİDE-nin növbədənkənar iclasında qəbul olunub. İlyumjinov istefasını ABŞ-ın Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalar nəticəsində adının “qara siyahı”da olması ilə əlaqələndirib. Hazırda FİDE-nin prezidenti vəzifəsini Yunanıstanın Şahmat Federasiyasının rəhbəri icra edir.

Kirsan İlyumjinov ötən gün Rusiyanın RBK kanalına bildirib ki, adının siyahıya salınmasına görə ABŞ-dan məhkəmə vasitəsilə 50 milyard tələb edəcək.

O, deyib ki, adının ABŞ Maliyyə Nazirliyinin siyahısına daxil edilməsi ya hazırlanmış təxribatdır, ya da amerikalıların səhvidir.

K.İlyumjinov 1995-ci ildən FİDE-yə rəhbərlik edirdi.

Ana səhifəXəbərlərKirsan İlyumjinov istefa verib