”Kirayə pulun vermək üçün satışa başladım”

Birinci qrup əlil Əmrah Baxışov bu ildən yaşadığı Kürdəxanı qəsəbəsində arabasını dolanbac yollara sürüb tum, alça satır. Gəlib-gedənlər ondan 1 manata alça, 40 qəpiyə tum alırlar. Əmrah deyir ki, alıcılar bəzən istəməsələr belə ondan alış-veriş edirlər. Deyirlər ki, ona hörmət olaraq bu addımı atırlar.

Əmrah günlük qazandığı 2-3 manatla aylıq ödəyəcəyi kirayə pulun yığır. Özünə telefon almaq istəsə də, ailə ehtiyacları buna imkan vermir.

O deyir ki, ailəsi ona görə hər gün narahat olur. Yanından keçib gedən maşınlar, həm də qıcolmaları satış aparmasını təhlükəli edir.

Ana səhifəVideo”Kirayə pulun vermək üçün satışa başladım”