”Kimlərin bizi hədəfə gətirdiyini yaxşı bilirik”

Can Dündara sui-qəsd baş tutmadı

Source:

Can Dündara sui-qəsd baş tutmadı

İstanbul Ədliyyə binasının qarşısında bu gün jurnalist Can Dündara sui-qəsd cəhdi olub. Cümhuriyyət qəzetinin baş redaktoru yenicə həbsdən azad olunub. Bu gün jurnalistin məhkəməsi davam edib. Məhkəmə çıxışında silahlı şəxs Can Dündara atəş açıb amma Can Dündar hadisədən yara almadan qurtulub. Açılan atəş nəticəsində NTV kanalının müxbiri Yağız Şenkal dizindən yaralanıb.

Can Dündar hadisə sonrası açıqlama verib: “Aylardır-həftələrdir bizi hədəf göstərirdilər. Göstərənlər inşallah bundan dərs alarlar. İçəridə və xaricdə diz çökdürməyə çalışırlar. Ən az 2 dəfə atəş açdı. Əvvəl mənə səsləndi, sonra atəş açdı. Kimlərin bizi hədəfə gətirdiyini yaxşı bilirik”.

Atəş açan şəxs polis tərəfindən saxlanılıb.

Can Dündara atəş açan şəxs
Can Dündara atəş açan şəxs
Ana səhifəXəbərlər”Kimlərin bizi hədəfə gətirdiyini yaxşı bilirik”