Mənbə: Milli.az

Kəndlərin qaz problemi

“Azəriqaz” qaz çəkilişinin mərhələli şəkildə həyata keçirildiyini deyir

Cəlilabad rayonunun Kürdlər kəndi rayon mərkəzindən cəmi 7-8 kilometr aralıda yerləşir. Kəndin qonşuluğundakı digər kəndlərə qaz çəkilsə də, bu kəndin sakinləri hələ də odun sobalarından (yanacaq kimi) istifadə edirlər. Bu barədə Meydan TV-yə kənd sakinləri məlumat veriblər. Onların sözlərinə görə, hava soyuyan kimi odun yandırmağa məcbur olurlar. Çünki işıqlar tez-tez sönür. Odun tapmaq isə kəndlilər üçün əlavə problemə çevrilir, qışda boğazlarından kəsib oduna verirlər.

Sakinlərdən Allahverdi Abbassov deyir ki, bununla bağlı dəfələrlər rayon icra hakimiyyətinə, eləcə də “Azəriqaz” İstehsalat Birliyinə müraciət ediblər. Hətta birliyin rəhbəri Ruslan Əliyevin sosial şəbəkədə canlı çıxışları zamanı şikayətlərini yazıblar. Hələliksə nəticəsi yoxdur.

Rəsmi məlumata görə, regionlarda yaşayış məntəqələrinə qaz verilişi 90 faizi ötüb. Ötən il qazlaşdırılma işlərinin həyata keçirilməsi üçün 130 milyon manat ayrılıb. Lakin qaz problemi ilə bağlı şikayətlər çoxdur.

Daha bir şikayət Lənkəranın rayon mərkəzinə yaxın Digah kəndindəndir. Sakinlər bildirirlər ki, kəndə qaz verilmir. Baxmayaraq ki, neçə ildir siyahıdadılar.

Lerik rayonunun Kornədi kəndindən isə hələ 2019-cu ilin əvvəlində qaz çəkilişinə başlanılıb. Amma kəndə cəmi 500 metrə yaxın qaz xətti çəkilib və işlər yarımçıq saxlanılıb. Sakinlər bununla bağlı müraciət etmədikləri qurum qalmadığını deyirlər.

Qusarın sahil kəndində isə 30-dan artıq ailə 10 ildir ki, qaz verilməsi üçün döymədiyi qapı qalmayıb. Sahildə bir neçə ərazidə qaz olsa da, bəzi küçələr qazsız qalıb.

Lerik və Lənkəran icra hakimiyyətlərinin hər birindən şikayətçilərə bildiriblər ki, qaz çəkilişi “Azərqaz” tərəfindən həyata keçirilir, həmin quruma müraciət etsinlər.

“Azərqaz”dan isə Meydan TV-yə bildiriblər ki, qaz çəkilişi proqram əsasında mərhələlərlə həyata keçirilir və artıq bəzi rayonların qazlaşdırılması 90 faizi ötüb. Şikayət edilən kəndlər də proqrama salınıb.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/ag4l1k

Ən çox baxılan