Kemerovoda yanğından sonra aksiyalar başlayıb (yenilənib)

Təşəbbüs qrupu morqda monitorinq apardığını açıqlayıb

Source:


Təşəbbüs qrupu morqda monitorinq apardığını açıqlayıb

***


17.45. “Qış albalısı” Ticarət Mərkəzinin baş direktoru Nadejda Suddenok yanğınla bağlı aparılan istintaqa

ifadə

verib.


O, əminliklə bildirib ki, mərkəz yandırılıb.


Onun sözlərinə görə, polisə bir neçə dəfə mərkəzə sərbəst buraxılan və oyun maşınları ilə oynayan şəxslər haqda məlumat verib. Hətta həmin adamlar tualeti də yazmışdılar, amma bu şikayətlərin heç bir nəticəsi olmamışdı.


Nadejda Suddenok bildirib ki, kinoteatrların qapıları heç vaxt bağlı olmayıb:


“Mən özüm həmişə yoxlama aparmışam, özüm də təmizlik işlərini görmüşəm. Yanğından sonra əməkdaşlarımdan insanlara kömək edib-etməmələrini soruşdum, onlar hər şeyin qaydasında olduğunu dedilər. Yalnız bundan sonra kinoteatrların bağlı olmasından və ölənlər haqda məlumatlar daxil oldu. Bir daha deyirəm, bina yandırılıb”.


***

Martın 25-də Rusiyanın Kemerovo şəhərindəki “Qış albalısı” ticarət mərkəzində baş verən yanğından sonra aksiyalar başlayıb. 5 saatlıq mitinq davam edir. Aksiyaçıların əsas tələbi ölənlər haqda dəqiq məlumatın verilmısidir.

Kemerovo Təşəbbüs Qrupunun üzvləri şəhər morqlarında monitorinq aparandan sonra mitinqçilər qarşısında çıxış ediblər:

“Biz morqların hər yerində yoxlama apardıq, zirzəmilərdə, tualetlərdə, damda, qarajlarda, hətta maşınlarda da. Siyahıda 64 nəfər var, başqa heç kim yoxdur”.

Bununla belə aksiya davam edir.

Yanğında 42 nəfər uşaq olmaqla 64 adam ölüb.

“Ria Novosti”-nin

məlumatı

na görə, prezident Vladimir Putin hadisə yerində olub və olayla bağlı toplantı keçirib.

Prezident Rusiya İstintaq Komitəsinin sədri Aleksandr Bastrikinə hadisənin detallı araşdırılmasına dair təlimat verib.

“Nə baş verir? İnsanlar, uşaqlar bura istirahətə gəlmişdi. Biz demoqrafiyadan danışırıq və bu qədər də adam itiririk, nəyə görə? Laqeydlik və səhlənkarlıq səbəbindən”,-deyə V.Putin iclasda bildirib.

Sayt son 100 ildə Rusiyada baş verən yanğınlarla bağlı siyahını açıqlayıb. Kemerovo daxil olmaqla 4 yanğın hadisəsi daha çox ölümlərə səbəb olub:

1999-cu il Samara yanğınında 57 nəfər, 2007-ci il Krasnador vilayətində 63 nəfər, 2009-cu il Permdə 153 nəfər həyatını itirib.

Ana səhifəXəbərlərKemerovoda yanğından sonra aksiyalar başlayıb (yenilənib)