”Kəmaləddin Heydərov mənə pul vermədi”

Saray Abbasova 2010-cu ildən Bakıda yaşayır. Amma öz istəyi ilə yox. Onun Neftçalanın Qaraqaşlı kəndindəki 3 otaqlı evini Kür daşqını aparıb. Bundan sonra evsiz qalıb. 8 ildir hökumətdən nə ev, nə də kompensasiya ala bilir.

O, Bakının qiymətlərinə ayaq uydura bilmir. Əri vəfat edib, 4 uşağını kirayə evdə günəmuzd işləməklə dolandırır. Ev verilsə, rayona sevinərək gedəcəyini deyir.

2010-cu ildə Kür-Araz daşqınlarının fəsadlarının aradan qaldırılması üçün o zaman dövlət büdcəsindən 420 milyon manat vəsait ayrılmışdı. Daşqınlar zamanı 4000-ə yaxın təsərrüfatda monitorinq aparan “Kür” Vətəndaş Cəmiyyəti Qərargahının koordinatoru Oqtay Gülalıyev heç bir yardım almayan 20-yə yaxın zərərçəkənin Avropa Məhkəməsinə üz tutduğunu bildirir.

Neftçala rayon İcra Hakimiyyətinin memarlıq və tikinti şöbəsinin əməkdaşı Fəridə Əhmədova bildirir ki, Saray Abbasovanın problemini onlar yox, Fövqəladə Hallar Nazirliyi həll etməlidir.

Fövqəladə Hallar Nazirliyindən zənglərimizə cavab verən olmadı.

Saray Abbasova pulsuzluqdan hər dəfə kirayə qaldığı evlərdən çıxarıldığını deyir. 28 ildir yaşadığı evdən isə ancaq şəkillər qalıb.

Ana səhifəVideo”Kəmaləddin Heydərov mənə pul vermədi”