Məcburi köçkün Rəşad Alızadə 1993-cü ildə Kəlbəcərdən köçkün düşdükləri vaxt içində gəldikləri maşından danışır. O, 27 ildir ki, həyətlərində saxladıqları bu maşınla da geri qayıdacaqları günü gözləyir. Qarabağ müharibəsi başladıqdan, xüsusilə də, Murov dağın azad olunması xəbərini aldıqdan sonra isə daha da ümidlənib. Deyir, tezliklə, bu qədim “yol yoldaşı”nı təmir etdirib, doğma yurdlarına qayıtmağı arzulayır.