Kəlbəcərdə girov götürülənlərdən birinin öldürüldüyü təsdiqlənib

Dilqəm Əsgərov və Şahbaz Quliyevə qarşı isə təxribat törətmək, casusluq, qətl, sərhədi qanunsuz keçmək kimi ittihamlar irəli sürülüb

Source:


Dilq


ə


m


Ə


sg


ə


rov v


ə



Ş


ahbaz Quliyev


ə


qar


şı


is


ə


t


ə


xribat t


ö


r


ə


tm


ə


k, casusluq, q


ə


tl, s


ə


rh


ə


di qanunsuz ke


ç


m


ə


k kimi ittihamlar ir


ə


li s


ü


r


ü


l


ü


b

Qaçqınlarla İş  üzrə Dövlət Komitəsi Ermənistanın işğal etdiyi Kəlbəcər rayonunda iki nəfərin saxlanılması və bir nəfərin öldürülməsi ilə bağlı bəyanatla çıxış edib.

Məlumatda deyilir ki, Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) əldə etdiyi fotoya görə müəyyən edilib ki, ermənilər tərəfindən öldürülən Həsən Həsənovdur. Mərhumun ailə üzvləri onu tanıyıblar.

BQXK cəsədin verilməsi ilə bağlı danışıqlar aparıb. Onlara bildirilib ki, əlavə identifikasiya materialları təqdim olunmalıdır.

Qaçqınlarla İş  üzrə Dövlət Komitəsi həmçinin bildirib ki, girovlar D.Əsgərovun və Ş.Quliyevin qaytarılması və mərhumun cəsədinin verilməsi məsələsi prezident İlham Əliyevin nəzarətindədir.

Artıq Kəlbəcərdə saxlanılan Azərbaycan vətəndaşları Dilqəm Əsgərov və Şahbaz Quliyevə qarşı təxribat törətmək, casusluq, qətl, sərhədi qanunsuz keçmək kimi ittihamlar irəli sürülüb.

İyulun əvvəlində erməni tərəfi onların nəzarətində olan ərazilərə keçən təxribatlar barədə məlumat yayıb. Ş.Quliyev dərhal saxlanılıb. Bir neçə gün sonra D.Əsgərov saxlanılıb.

“Təxribat” hərəkətlərinə sübut kimi ermənilər D.Əsgərovun telefonu ilə çəkilən şəkilləri İnternetdə yayıblar. Lakin videodan məlum olur ki, Kəlbəcərin keçmiş sakinləri 1993-cü ildə işğal edilmiş kəndlərinə gediblər. Onlar meşədə gəzir, kabab bişirir və Kəlbəcər haqqında danışırlar (Turan İA).

Ana səhifəXəbərlərKəlbəcərdə girov götürülənlərdən birinin öldürüldüyü təsdiqlənib