“Kəlbəcər partizanları”n məhkəməsi başlayıb

Əsgərov və Quliyev bir kürsüdə otursalar da, bir-biri ilə söhbət etmirlər və hətta bir-birinə baxmırlar, adətən bir-birini tanımayan insanlar belə davranır

Source:


Əsgərov və Quliyev bir kürsüdə otursalar da, bir-biri ilə söhbət etmirlər və hətta bir-birinə baxmırlar, adətən bir-birini tanımayan insanlar belə davranır

Oktyabrın 27-də Qarabağda iki Azərbaycan vətəndaşı – Dilqəm Əsgərov və Şahbaz Quliyevin işi üzrə məhkəmə başlayıb.

Hər iki şəxs iyulda Azərbaycanın Kəlbəcər rayonunda ermənilər tərəfindən saxlanılıblar.

Ermənistan tərəfi onları diversiya qrupunun üzvü elan edib və casusluqda, yerli sakinlərin qətlində və oğurlanmasında ittiham edib. Onlarla Həsən Həsənov adlı bir şəxs də olub, o, ermənilərlə atışma zamanı qətlə yetirilib.

Quliyev və Əsgərov xüsusi təyinatlıların müşaiyəti ilə gözübağlı şəkildə məhkəməyə gətiriliblər. Ermənistan KİV-lərinin yaydığı videoreportajlardan göründüyü kimi, onlar ikisi də xeyli arıqlayıb. Həm də Şahbaz Quliyev kimi göstərilən şəxs özünə qətiyyən bənzəmir. Bu zəif və arıq şəxs Şahbaz Quliyevin həbsindən sonra Ermənistan tərəfin yaydığı fotolarına qətiyyən bənzəmir.

Bir fakt da maraqlıdır ki, Əsgərov və Quliyev bir kürsüdə otursalar da, bir-biri ilə söhbət etmirlər və hətta bir-birinə baxmırlar. Adətən bir-birini tanımayan insanlar belə davranır (Turan İA).

Ana səhifəXəbərlər“Kəlbəcər partizanları”n məhkəməsi başlayıb