Keçmiş vəkili Trampı irqçi, fırıldaqçı, hiyləgər adlandırdı

“Mən utanıram, çünkü Trampın kim olduğunu bilirəm”

Foto: Bild.de

ABŞ prezidenti Donald Trampın şəxsi vəkili Maykl Koen (Michael Cohen) çərşənbə günü Capitol Hill-ə gəlib. O, Trampın 2016-cı il prezident seçkilərində onun Demokrat rəqibi Hillari Klintona (Hillary Clinton) zərər verəcək e-poçt sızıntısını vaxtından əvvəl bildiyi haqda ifadə verib.

Koen həmçinin Konqresə Trampın Moskvada bir daşınmaz əmlak layihəsi üçün danışıqları yönəltdiyini söyləyib. Tramp isə açıq şəkildə prezidentliyə namizəd olarkən Rusiyada işgüzar maraqları olmadığını söyləmişdi.

Nümayəndələr Palatası qarşısında açılış bəyannaməsinin mətnində Koen Trampı "irqçi", "fırıldaqçı" və "hiləgər" adlandırıb və iddialarını dəstəkləmək üçün sənədləri təqdim edəcəyini söyləyib.

"Mən utanıram, çünkü Trampın kim olduğunu bilirəm. O irqçidir. O fırıldaqçıdır. O hiyləgərdir,"-Koen deyib. O əlavə edib:

"Donald Tramp prezidentliyə namizədliyini ölkəmizi mükəmməl etmək üçün deyil, öz brendini mükəmməl etmək üçün verib. Onun bu milləti idarə etmək kimi bir niyyəti yoxdur. Onun marağı sadəcə öz varını və gücünü möhkəmləndirməkdir".

Trampa qarşı o prezident olduqdan sonra çox sayda ittiham səslənsə də, köhnə sadiq birinin konqres qarşısında ifadəsi ABŞ auditoriyasına təsir edəcək gücə sahib olacaqdır, – Reuters xəbər verir.

Koenin ifadəsi zamanı Trampa ən çox zərər verəcək ittihamlar Trampın öncədən Vikiliksin yüksək səviyyəli demokratların oğurlanmış e-poçtların ələ keçirilməsində əvvəlcədən xəbərdar olması, 2016-cı il seçki kampanıyasına baxmayaraq, Moskvada Tramp Qülləsinin tikilişini davam etdirməsi və Koenə önəmli bilgilərlə bağlı susması üçün pul ödənməsində birbaşa iştirak etməsidir.

Demokratların nəzarət etdiyi komitənin hazırladığı qeydlərə görə, Koen iddia edir ki, Tramp prezidentliyə namizədkən Moskvada daşınmaz əmlak layihəsi üçün danışıqlar aparıb, baxmayaraq ki, hazırkı ABŞ prezidenti dəfələrlə onun Rusiyada heç bir biznes maraqlarının olmadığını söyləyib. Trampın Rusiya ilə əlaqələrinin komitənin görüşündə birbaşa müzakirə edilməsi gözlənilmir.

Prezident seçkilərində demokrat namizəd Hillari Klintonu məğlub edən Tramp özünün və seçki kampanyasının Moskvayla əlaqələrini inkar edir. O, dəfələrlə bu yöndə olan araşdırmaları "cadı ovu" adlandırıb.

O, həmçinin Vikiliksin Demokratik Milli Komitəyə (DNC) aid e-poçtların sızdırılmasında iştirak etmədiyini israr edir.

Koen ifadələrində qeyd edir ki, 2016-cı ilin iyul ayında o, Trampın ofisində olub və Tramp o zaman siyasi məsləhətçisi Rocer Stoundan (Roger Stone) telefon zəngi alıb.

Koen deyir ki, Stoun Vikiliksin yaradıcısı Culian Asanjla (Julian Assange) danışdığını və bir neçə günə Klintonun kampanyasına zərbə vuracaq küllü e-poçtlarının sızdırılacağını çatdırıb.

"Tramp namizəd olaraq Rocer Stounun Culian Asanjla Vilikisin DNC-ə aid e-poçtların sızdırılmasından xəbərdar idi,"- Koen ifadəsində bir daha vurğulayıb, – “The New York Times” xəbər verir.

"Çox adam məndən soruşub ki, cənab Tramp sındırılmış DNC-ə aid e-poçtlarından əvvəlcədən xəbərdardırmı?" – Koen deyib və əlavə edib:"Cavab, bəli"ə

Koen həmçinin Trampla münasibəti olan iki qadını pulla susdurduğu üçün günahkar olduğunu etiraf edib. İfadəsində Koen Trampın təzyiqi altında xalqa yalan danışmaq məcburiyyətində qaldığını qeyd edir.

Koen bu ifadəni verərkən Tramp ABŞ-dan çox uzaqda Vyetnamda Şimali Koreya Prezidenti Kim Jong Un-la görüşdə iştirak edir.

Tramp Koenin iddialarını Vyetnamdan atdığı tvitlə təkzib edib. Tramp deyib ki, Koen həbs müddətinin azaldılması üçün yalan danışır:

"Maykl Koen məni təmsil edən çox sayda hüquqçulardan biriydi… O, Trampla əlaqəsi olmayan pis hərəkətlər etdi. O, həbs müddətinin azaldılması üçün yalan danışır".

Koen 2018-ci ilin may ayında Tramp tərəfindən vəzifəsindən azad edilmişdi.

Etiraflarından sonra may ayından başlayaraq üç illik həbs cəzası çəkəcək.

Ana səhifəDünyaKeçmiş vəkili Trampı irqçi, fırıldaqçı, hiyləgər adlandırdı