Keçmiş siyasi məhbus sərhəddən buraxılmadı

İrana müalicəyə gedən Elşən Həsənov niyə ölkədən buraxılmadığının səbəbini bilmir

Source:


İrana müalicəyə gedən Elşən Həsənov niyə ölkədən buraxılmadığının səbəbini bilmir

Müsavat Partiyasının üzvü, 2011-ci ilin 2 aprel aksiyasında həbs olunaraq 2 il azadlıqdan məhrum edilən Elşən Həsənov İran İslam Respublikasına müalicəyə gedərkən Biləsuvar sərhəd məntəqəsində saxlanılıb.

Bu barədə Meydan TV-yə keçmiş siyasi məhbus Elşən Həsənovun özü məlumat verib. O, hazırda o, Biləsuvar sərhəd məntəqəsindən geriyə, Bakıya qayıdır: “Mən İrana müalicəyə getmək istəyirdim. Sərhəddə saxlayıb, bir otağa apardılar. Dedilər ki, Ədliyyə Nazirliyi 2013-cü ildə sizin ölkədən çıxşınıza qadağa qoyub. Bunu anladım, amma üzərimdə aşağılayıcı tərzdə yoxlama apardılar. Sonra bir zabit gəldi, sual etdi ki, prezidentlə orta məktəbdə bir yerdə oxumusunuz, təsdilədim. Zabit çox ədəbli davranırdı. Üzünü tabeliyində olanlara tutub dedi: “Bu, nə hərəkətdi vətəndaşa qarşı etmisiniz?” Ondan sonra buraxdılar. Ancaq mənə aşağılayıcı tərzdə yoxlamaları və ardınca da prezidentin məktəb yoldaşı olduğumu öyrənəndən sonra azad etməkləri təəccüblü gəldi. Bilirsiniz, İrandan qayıtmıram ki, bu şəkildə yoxlamaya ehtiyac olsun”.

Elşən Həsənov bildirib ki, o, 2012-ci ildə azadlığa çıxandan sonra Tiflisə gedib, amma heç bir problemlə üzləşməyib: “Qadağanın 2013-cü ildə qoyulmasının səbəbini bilmirəm”.

Ana səhifəXəbərlərKeçmiş siyasi məhbus sərhəddən buraxılmadı