Keçmiş ”OMON”çuların işinə baxılacaq

“Onlar barəsində çıxarılmış ölüm cəzası “qanunsuz olaraq” ömürlük azadlıqdan məhrumetmə ilə əvəzlənib”

Source:
Elçin Əmiraslanov, Arif Kazımov və Səfa Poladov
Elçin Əmiraslanov, Arif Kazımov və Səfa Poladov


“Onlar barəsində çıxarılmış ölüm cəzası “qanunsuz olaraq” ömürlük azadlıqdan məhrumetmə ilə əvəzlənib”

Sentyabrın 8-i saat 10:45-də Qaradağ Rayon Məhkəməsində hakim Rəşad Məmmədovun sədrliyi ilə ömürlük azadlıqdan məhrum edilmiş üç keçmiş “OMON”çunun – Xüsusi Təyinatlı Polis Dəstəsinin (XTPD) üzvlərinin işinə baxılacaq. Bunlar Elçin Əmiraslanov, Arif Kazımov və Səfa Poladovdur.

Bu barədə məlumatı vəkil Elçin Sadıqov öz facebook səhifəsində paylaşıb. Vəkil bildirib ki, bu şəxslər barəsində çıxarılmış ölüm cəzası “qanunsuz olaraq” ömürlük azadlıqdan məhrumetmə ilə əvəzlənib:

“Buna görə də ərizə yazaraq onlar barəsindəki ölüm hökmünün 2000-ci ilədək qüvvədə olan CM-nin 23-cü maddəsinə əsasən bağışlanma ilə 20 ilədək azadlıqdan məhrumetmə cəzası ilə əvəz edilməsini istəyəcəm”.

Xüsusi Təyinatlı Polis Dəstəsi (XTPD) 1990-cı illərin əvvəlində Dağlıq Qarabağda gedən döyüşlərlə bağlı yaradılmışdı. Ancaq 1994-cü ildən Azərbaycan hökuməti ilə XTPD arasında münasibətlər kəskinləşib. 1995-ci il martın 17-də hökumət XTPD-nin Bakının 8-ci kilometr qəsəbəsindəki qərargahını ələ keçirib. Rəsmilər dəstənin qiyam qaldırdığını bildirirlər. Atışmada rəsmi statistikaya görə 22 hərbçi, 7 mülki şəxs, 1 polis əməkdaşı həlak olub, 8 XTPD əməkdaşı öldürülüb. Hadisə nəticəsində 105 nəfərin yaralandığı bildirilir. XTPD rəhbəri Rövşən Cavadov aldığı güllə yarasından DİN-in hospitalında vəfat edib. Dəstənin qalan üzviləri isə həbs ediliblər. Sonradan şahidlər bildirdi ki, dəstənin qərargahından ağ bayraq qaldırılıb, ancaq hökumət qoşunları atışmanı dayandırmayıblar.

Ana səhifəXəbərlərKeçmiş ”OMON”çuların işinə baxılacaq