Keçmiş MTN əməkdaşları ictimaiyyətə müraciət edib

Elçin Behbudov təhqirləri dayandırmaq üçün hüquq-mühafizə orqanlarına müraciət göndərəcək

Source:


Elçin Behbudov təhqirləri dayandırmaq üçün hüquq-mühafizə orqanlarına müraciət göndərəcək

İşgəncələr Əleyhinə Azərbaycan Milli Komitəsinin sədri, hüquq müdafiəçisi Elçin Behbudov cümə günü öz ofisində MTN ətrafında baş verən hadisələrlə bağlı mətbuat konfransı keçirib.

Onun sözlərinə görə, mətbuat konfransı keçirməsinə səbəb istefada olan keçmiş MTN əməkdaşlarının müraciəti olub. O qeyd edib ki, keçmiş əməkdaşlar son günlərdə MTN-də baş verən hüquq pozuntularına görə internet resurslarda, sosial şəbəkələrdə bütün nazirliyin təhqir hədəfinə dönməsinə etiraz bildiriblər. “MTN bir neçə generaldan ibarət deyil, bu qurumda xalqına sədaqətlə qulluq edən minlərlə insanlar olub, indiki halda son hadisələrlə bağlı cəmiyyətdə kimlərəsə olan mənfi münasibəti bütünlükdə nazirliyə transfer etmək ədalətli deyil”, – deyə E.Behbudov keçmiş MTN əməkdaşlarının etirazlarını çatdırıb.

Eyni zamanda, keçmiş əməkdaşlar vətəndaşları bu məsələdə ayır-sayıq olaraq, sıradan bir qurum haqqında yox, dövlətin bel sütunu olan qurum barəsində danışdıqlarının fərqində olmağa dəvət ediblər. Onlar internet saytlarındakı yazıların ölkəyə düşmən qüvvələrin də diqqət mərkəzində olduğunu nəzərə almağı vacib sayıblar.

Keçmiş əməkdaşlar adından danışan E.Behbudov internet resurslarda MTN-in ünvanına olan təhqirləri dayandırmaq üçün hüquq-mühafizə orqanlarına müraciət göndərəcəyini də bəyan edib.

“Turan”İA-ın müxbirinin MTN-də baş verən son hadisələri necə dəyərləndirməsi sualına cavabında hüquq müdafiəçisi bu məsələdə dövlət başçısının mövqeyini dəstəklədiyini bildirməklə kifayətlənib.

Ana səhifəXəbərlərKeçmiş MTN əməkdaşları ictimaiyyətə müraciət edib