Keçmiş baş həkim məhkəmə qarşısında

Mənbə: Meydan TV

Hazırda ev dustaqlığında olan Vidadi Seyidovla bağlı cinayət işində 9 zərərçəkən var

Gəncə Dəmir Yolu Xəstəxanasının keçmiş baş həkimi Vidadi Seyidov yaxın günlərdə məhkəmə qarşısına çıxarılacaq. O, külli miqdarda dələduzluqda ittiham olunur.

Vidadi Seyidov haqqında cinayət işində 9 nəfər zərərçəkmiş qismində tanınıb. Keçmiş baş həkim onları aldadıb, pullarını, əmlaklarını ələ keçirməkdə təqsirləndirilir.

Vidadi Seyidovun işinə Gəncə Ağır Cinayətlər Məhkəməsində Roman Ələkbərlinin sədrliyilə, Abdulla Məmmədov və Mikayıl Məmmədzadədən ibarət hakimlər kollegiyası baxacaq. Onun işi üzrə məhkəmənin hazırlıq iclası avqustun 10-na təyin olunub.

Ona qarşı Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsilə ittiham irəli sürülüb. Bu maddədə 5 ildən 10 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.

Keçmiş baş həkim hazırda ev dustaqlığındadır.

Onun ittihamlara münasibəti, özünü təqsirli bilib-bilmədiyi məlum deyil.

Ana səhifəSosialKeçmiş baş həkim məhkəmə qarşısında