Keçidin növbətçisi avtobusla qatarın toqquşması faktına görə dindirilib

Qabil Rzayev dindirilmədən sonra sərbəst buraxılıb

Source:
Binədə qəza
Binədə qəza


Qabil Rzayev dindirilmədən sonra sərbəst buraxılıb

Bakıda qatarla avtobusun toqquşması faktına görə daha bir nəfərin istintaqa cəlb edildiyi bildirilir.

Faktı “Report”-a “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Sevinc Qədirova da təsdiqləyib. Məlumatına görə, faktla bağlı başlanmış cinayət işi üzrə hadisə baş verən (qorunan) keçidin növbətçisi Qabil Fərrux oğlu Rzayev istintaqa çağırılaraq ifadəsi alınıb. S.Qədirova deyib ki, Q.Rzayev iş üzrə dindirildikdən sonra sərbəst buraxılıb.

Oktyabrın 1-də saat 14 radələrində Xəzər rayonunun Binə qəsəbəsi ərazisində yol-qəza hadisəsi baş verib. “Daewoo” markalı 160 saylı xətt avtobusu hərəkətdə olan elektrovozla toqquşub. Nəticədə sürücü və 42 sərnişini xəstəxanaya yerləşdirilib, onlardan Şakir Əliyev və Yusif Dadaşzadə orada həyatlarını itirib. Faktla bağlı Daxili İşlər Nazirliyinin Nəqliyyatda Baş Polis İdarəsinin Dəmir Yolu Nəqliyyatında Polis İdarəsində cinayət işi başlanıb.

Avtobusun sürücüsü Binə qəsəbə sakini Əlixan Şirəliyevdir.

Ana səhifəXəbərlərKeçidin növbətçisi avtobusla qatarın toqquşması faktına görə dindirilib