Bakı şəhərində marşrutlarda kart sistemi ilk dəfə “Baku bus” şirkətinin avtobuslarında tətbiq olunub. Sentyabrın birindən isə bəzi avtobuslar da kart sisteminə keçib. Bu sistem 18, 61, 65, 79, 85, 96 saylı marşrutlarda tətbiq olunur. Sürücülər düşünürlər ki, kart sistemi bəzi problemlərin arada qalxmasına səbəb olacaq
Kart sitemindən razı qalan sərnişinlərlə yanaşı çətinliklər yaşayanlar da var. Problemlər daha çox ödəmə terminalları ilə bağlı olur.
Bakı Nəqliyyat Agentliyindən verilən məlumata görə, Nəqliyyat İnkişaf Konsepsiyasına əsasən ilin sonuna kimi şəhərdaxili əksər marşrut avtobuslarında art sistemi tətbiq olunacaq. Bunun üçün sahibkarlarla mütəmadi olaraq iş aparılır.