“Biz jurnalistlərin peşə fəaliyyətinə görə həbs olunmaması barədə Azərbaycan hakimiyyətinin fikirləri ilə razı deyilik”
Jurnalistləri Müdafiə Komitəsi Azərbaycan hakimiyyətini mətbuata qarşı təzyiqlərə və təqiblərə son qoymağa çağırıb.
Komitənin bəyanatında “Azadlıq” qəzetinin şərhçisi Seymur Həzinin barəsində dünənki hökm və Xədicə İsmayılovanın həbs müddətinin uzadılması pislənilir.
“Biz jurnalistlərin peşə fəaliyyətinə görə həbs olunmaması barədə Azərbaycan hakimiyyətinin fikirləri ilə razı deyilik.
Biz İlham Əliyevi tənqidə görə repressiyalara son qoymağa, Seymur Həzini, Xədicə İsmayılovanı və həbsdə olan digər jurnalistləri azad etməyə çağırırıq”, – Komitənin bəyanatında deyilir.
Ötən gün Abşeron Rayon Məhkəməsi jurnalist Seymir Həzini 5 il müddətinə azadlıqdan məhrum edib. O, xuliqanlıqda ittiham olunur.
S.Həzi AXCP üzvüdür və Türkiyə ərazisilə yayımlanan “Azərbaycan saatı” İnternet TV-nin əməkdaşıdır.
Yanvarın 27-də isə Səbayel Rayon Məhkəməsi jurnalist Xədicə İsmayılovanın barəsində həbs müddətini 1 ay və 19 gün uzadıb. O 2014-cü il dekabrın 5-də ölüm həddinə çatdırma kimi uydurma ittihamla həbs olunub (Turan İA).