“Azadlıq” qəzetinin əməkdaşı Aytən Məmmədli jurnalistlərin ictimai əhəmyyət daşıyan və açıq elan edilən məhkəmə proseslərinə buraxılmamaları ilə bağlı danışır. Onun sözlərinə görə, bunun kökündə dayanan əsas səbəb məhkəmədə üzə çıxa biləcək maraqlı faktların, onun gedişatı haqda məlumatların mediada işıqlandırılmasının mümkün qədər qarşısını almaqdır.