Jurnalistlər Xədicə İsmayılın məhkəməsində həmrəylik nümayiş etdirdilər

Xədicə İsmayılın peşə fəaliyyətini əsas gətirən həmkarları məhkəməyə üzərində “PRESS” yazılmış gödəkcələrdə daxil olublar

Source:


Meydan TV-nin əməkdaşının məhkəmədən verdiyi məlumata görə, növbəti proses avqustun 7-də saat 11-də keçiriləcək.

Xədicə İsmayılın məhkəməsini işıqlandırmaq istəyən jurnalistlər arasında iqtidar mediasını təmsil edənlər çoxdur. Adının açıqlanmasını istəməyən həmin media nümayəndələrindən biri Meydan TV-yə deyib ki, artıq dünəndən redaksiyalara zəng vuraraq, prosesi işıqlandıracaq jurnalistin adını qeydiyyata alıblar. Prosesə də yalnız onların buraxılacağı bildirilib. Lakin zala daxil ola bilməyən jurnalistlər arasında da iqtidar mediasının təmsilçiləri var. Onlar gec gəldiyi üçün prosesə qatıla bilməyiblər.

Xədicə İsmayılın bacısı Səbinə İsmayılova da prosesə qatıla bilməyib. Bayırda qalanlar arasında beynəlxalq təşkilatların, səfirliklərin nümayəndələri də var.

***

Xədicə İsmayılın peşə fəaliyyətini əsas gətirən həmkarları məhkəməyə üzərində “PRESS” yazılmış gödəkcələrdə daxil olublar

İyulun 24-də Bakı Ağır Cinayətlər Məhkəməsində araşdırmaçı jurnalist Xədicə İsmayılın məhkəmə prosesi başlayıb. Meydan TV-nin məhkəmədə olan əməkdaşının məlumatına görə, prosesi izləmək üçün xeyli sayda istimai-siyasi fəal, media nümayəndələri gəliblər. Xədicə İsmayılın peşə fəaliyyətini əsas gətirən jurnalistlər məhkəməyə üzərində “PRESS” yazılmış gödəkcələrdə daxil olublar. Lakin zalın dolduğunu əsas gətirən məhkəmə əməkdaşları gələnləri zala buraxmayıblar. Buna görə də gözləmə zalına toplaşanlar əl çalmağa, “Xədicə” deyə qışqırmağa başlayblar.

Proses davam edir.

Ana səhifəXəbərlərJurnalistlər Xədicə İsmayılın məhkəməsində həmrəylik nümayiş etdirdilər