Nazirlər Kabineti “Jurnalistlərin cəbhəboyu zonada akkreditasiyası və cəbhəboyu zonaya xidməti ezamiyyətlərinin Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ilə razılaşdırılması Qaydası”nı təsdiq edib.
APA-nın məlumatına görə, bu Qayda jurnalistlərin Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ermənistan Respublikasının Silahlı Qüvvələri ilə təmas xəttinə bitişik ərazilərdə (cəbhəboyu zona) akkreditasiyası, o cümlədən kütləvi informasiya vasitələri ( KİV) nümayəndələrinin cəbhəboyu zonaya xidməti ezamiyyətlərinin Müdafiə Nazirliyi ilə razılaşdırılması qaydasını müəyyən edir.
KİV Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən müəyyən edilmiş akkreditə qaydasına riayət etməklə öz nümayəndələrini akkreditə edə bilər. Akkreditə edilmiş jurnalistə qapalı tədbirlər istisna olmaqla, iclas, müşavirə və digər tədbirlər barədə əvvəlcədən məlumat verilir, onun stenoqramlarla, protokollarla və müvafiq sənədlərlə tanış olması üçün şərait yaradılır. Yalnız rəsmi qeydiyyatdan keçmiş və ya uçota alınmış dövri mətbu nəşrlər, teleradio yayımçıları, informasiya agentlikləri, internet və digər yayım formaları, habelə Azərbaycan Respublikasında daimi nümayəndəliyi olan və ya daimi nümayəndəliyi olmayan və 15 (on beş) gün müddətinədək ezam olunmuş xarici KİV nümayəndələri akkreditə olunurlar. Nümayəndələrinin akkreditə olunması üçün müraciət edən yerli KİV KİV rəhbərinin rəsmi müraciətini (müraciət rəsmi möhürlə möhürlənməlidir), təsisçi haqqında məlumatı, akkreditə olunacaq əməkdaşların tərcümeyi-halını, akkreditə olunacaq əməkdaşların 2 ədəd fotoşəklini (3×4), akkreditə olunacaq əməkdaşların şəxsiyyət vəsiqələrinin və xidməti vəsiqələrinin surətini, KİV orqanının ünvanı, əlaqə telefonları, internet saytı, elektron poçt ünvanı, rəhbərlərinin telefon nömrələri haqqında məlumatıMüdafiə Nazirliyinə təqdim edir. Azərbaycan Respublikasında daimi nümayəndəliyi olan xarici KİV isə daimi nümayəndəliyin rəhbərinin rəsmi müraciətini, Xarici İşlər Nazirliyi tərəfindən verilmiş akkreditə kartlarını, akkreditə olunacaq əməkdaşların pasportlarının (bütün vərəqləri daxil olmaqla) və xidməti vəsiqələrinin surətini, akkreditə olunacaq əməkdaşların 2 ədəd fotoşəklini (3×4), akkreditə üçün doldurulmuş anket formasını Müdafiə Nazirliyinə təqdim edir. Azərbaycan Respublikasında daimi nümayəndəliyi olmayan və 15 (on beş) gün müddətinədək ezam olunmuş xarici KİV nümayəndələri isə Azərbaycan Respublikasında daimi nümayəndəliyi olmayan KİV rəhbərinin rəsmi müraciətini,Xarici İşlər Nazirliyi tərəfindən verilmiş akkreditə kartlarını, akkreditə olunacaq əməkdaşların pasportlarının (bütün vərəqləri daxil olmaqla) və xidməti vəsiqələrinin surəti, akkreditə olunacaq əməkdaşların 2 ədəd fotoşəklini (3×4), akkreditə üçün doldurulmuş anket formasını Müdafiə Nazirliyinə təqdim edir. Akkreditasiyanın müddəti 1 ildir.
Qaydaya əsasən, KİV əməkdaşlarının akkreditə olunacaq sayları ilə əlaqədar hədlər də müəyyənləşdirilib. Televiziya – 2 çəkiliş qrupu (jurnalist, operator və texniki işçi), radio – 2 jurnalist, informasiya agentliyi – 2 jurnalist və 2 fotoqraf, dövri mətbu nəşr – 2 jurnalist və 2 fotoqraf, internet informasiya ehtiyatı – 1 jurnalist, digər yayım formaları – 1 jurnalist akkreditə etdirə bilər. Akkreditasiya üçün təqdim edilmiş sənədlərə daxil olduğu gündən 15 gündən artıq olmamaq şərtilə Müdafiə Nazirliyində baxılır. Müraciətə baxılarkən 7 gün müddətində Milli Təhlükəsizlik Nazirliyindən rəy alınır və bundan sonra müvafiq qərar qəbul edilir. Akkreditə olunmuş jurnalistlərə akkreditə kartları verilir.
Akkreditasiya hər ilin dekabr ayında həyata keçirilir. KİV-in müraciətinə əsasən, akkreditəolunma ilin digər vaxtlarında da keçirilə bilər. Dövlətin bütövlüyünə, ölkənin təhlükəsizliyinə və ictimai asayişə ciddi zərbə vuran çağırışlar və ya informasiyalar, kütləvi iğtişaşlara çağırışlar, habelə pornoqrafik materiallar dərc etdikdə (efirə verdikdə), milli, dini, dil, irqi, sosial ədalətsizliyi, yaxud dözülməzliyi təbliğ etdikdə, mötəbər mənbə adı altında vətəndaşların şərəf və ləyaqətini alçaldan şayiələr, habelə akkreditə edən təşkilatın şərəf və ləyaqətini ləkələyən, yaxud onun haqqında yalan və qərəzli yazılar, təhrif olunmuş və ya həqiqətə uyğun olmayan məlumatlar yaydıqda və bu məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi ilə təsdiq edildikdə, KİV məhkəmənin qərarı ilə qərəzli yazılara görə son 1 il məsuliyyətə cəlb olunduqda, “Dövlət sirri haqqında” qanununun tələblərini yerinə yetirmədikdə, əcnəbi və ya ali təhsili olmayan şəxs mətbu nəşrin redaktoru (baş redaktoru) vəzifəsinə təyin edildikdə, kütləvi informasiya azadlığından və jurnalist hüququndan sui-istifadəyə görə son 1 il müddətində inzibati məsuliyyətə cəlb edildikdə, KİV-in xarici ölkənin dövlət orqanı, fiziki və ya hüquqi şəxsi tərəfindən qanunazidd şəkildə maliyyələşdirildiyi müəyyənləşdirildikdə, bunlar akkreditədən imtina edilməsi üçün əsasdır. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin nizamnamələrinin tələblərini pozduqda, nümayəndənin akkreditə edilmiş KİV-lə olan əmək münasibətlərinə xitam verildikdə, KİV-in fəaliyyəti dayandırıldıqda və ya xitam verildikdə KİV nümayəndələrinin akkreditəsi ləğv olunur.
Akkreditə edilmiş KİV nümayəndələrinin cəbhəboyu zonaya ezam edilməsi üçün müvafiq KİV rəhbəri
Müdafiə Nazirliyi
nə hər ezamiyyət üçün ayrıca yazılı müraciət edir. Müraciətlərə 5 gün müddətində baxılır.
Müdafiə Nazirliyi
jurnalistlərin cəbhəboyu zonaya xidməti ezamiyyətlərini öz təşəbbüsü ilə də təşkil edə bilər.
Müdafiə Nazirliyi
tərəfindən KİV nümayəndəsinin ezam olunmasına icazə verilməsi barədə qərar qəbul edildikdən sonra KİV orqanı ilə səfərin tarixi, mövzusu, ezam olunacaq nümayəndənin soyadı, adı və atasının adı, əlaqə telefonları və digər məlumatlar bir daha dəqiqləşdirilir. KİV nümayəndəsi
Müdafiə Nazirliyi
nin akkreditə kartı və icazə məktubu əsasında cəbhəboyu zonaya buraxılır. KİV nümayəndələri hərbi hissənin səlahiyyətli şəxsinin müşayiəti ilə hərbi hissə komandiri (rəis) tərəfindən qəbul edilir. Komandir (rəis) komanda üzrə aidiyyəti olan şəxsləri məlumatlandırıb onların jurnalistlərlə görüşünü təşkil edir və foto-video çəkilişlərinin aparılması üçün lazımi şəraitin yaradılması ilə əlaqədar tapşırıqlar verir. Komandir (rəis) çəkilişlər zamanı hərbi sahədə dövlət sirri təşkil edən məlumatların, o cümlədən hərbi hissənin nömrəsi, təyinatı, dislokasiya yeri, hərbi texnikanın bort nömrəsi, dövlət qeydiyyat nişanları, sayı, müdafiənin ön xəttindəki səngərlər və qarşı tərəfin mövqeləri, məxfi xəritələr, ərazinin maketi, vəzifəli şəxslər haqqında fərdi məlumatların və digər həssas informasiyanın yayılmasının yolverilməzliyini KİV nümayəndələrinin diqqətinə çatdırır. Bu tələbləri pozan KİV nümayəndələrinin xidməti ezamiyyətləri dayandırılır, onların cəbhəboyu zonanı tərk etməsi təşkil olunur və akkreditəsi ləğv edilir.