Jurnalistlə vəkili ABŞ səfirliyində olub

Anar Məmmədov: “Diplomatlarla mətbuat azadlığı barədə və mənim gözlənilən məhkəmə prosesim haqda danışdıq”

Source:
Anar Məmmədov
Anar Məmmədov


Anar Məmmədov: “Diplomatlarla mətbuat azadlığı barədə və mənim gözlənilən məhkəmə prosesim haqda danışdıq”

“Criminal.az” saytının baş redaktoru Anar Məmmədov və vəkili Elçin Sadıqov dekabrın 20-də ABŞ-ın Azərbaycandakı səfirliyinin siyasi məsələlər üzrə müşaviri Kristinq Singh və mətbuat katibi Natan Consla görüşüb.

Bu barədə Meydan TV-yə danışan Anar Məmmədov deyib ki, diplomatlarla mətbuat azadlığı barədə və gözlənilən məhkəmə prosesi haqda danışıblar.

Baş Prokurorluq Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə qarşı 2018-ci il iyulun 3-də törədilmiş sui-qəsdlə əlaqədar bəzi informasiya resursları haqqında hüquqi tədbirlərin görüldüyünü bildirmişdi.

Cinayət Məcəlləsinin 214-2-ci (terrorçuluğa açıq çağırışlar), 281.1-ci (dövlət əleyhinə yönələn açıq çağırışlar) və 313-cü (vəzifəli şəxsin informasiya resurslarına bilə-bilə yalan məlumatlar daxil etməsi) maddələri ilə cinayət işi başlandığı vurğulanırdı.

İyulun 12-də A.Məmmədovun xanımı və qayınatası da Bakı Şəhər Prokurorluğunda dindirilmişdi. Bundan sonra ölkə daxilində bir neçə sayta, o cümlədən “Criminalaz.com” saytına girişə məhdudiyyət qoyulmuşdu.

Dekabrın 12-də Anar Məmmədov haqqında açılmış cinayət işinin istintaqı başa çatıb. A.Məmmədov Cinayət Məcəlləsinin 281.2 (dövlət əleyhinə yönələn açıq çağırışlar), 309.2 (vəzifə səlahiyyətlərini aşma) və 313 (vəzifə saxtakarlığı) maddələri ilə ittiham olunur. Məhkəmə ittihamları təsdiqləsə, Anar Məmmədov 8 ilədək azadlıqdan məhrum edilə bilər.

Anar Məmmədov ittihamları rədd edir. Bildirir ki, rəhbərlik etdiyi saytdakı yazılarda dövlət əleyhinə çağırışlardan söhbət gedə bilməz.

Ana səhifəXəbərlərJurnalistlə vəkili ABŞ səfirliyində olub