24 yanvarda qanunsuz silah saxlamaqda ittiham olunan jurnalist, hüquq müdafiəçisi Pərviz Həşimlinin ev dustaqlığına buraxılması üçün verilən şikayətə baxılıb. Bakı Apellyasiya Məhkəməsi iddianı təmin etməyib.
Jurnalistin vəkili Elçin Sadıqov bildirib ki, Pərviz Həşimlinin MTN-də səhhəti pisləşib. O gözündən və ürəyindən müalicə alır.
Pərviz Həşimli “Bizim Yol” qəzetinin parlament müxbiri, moderator.az saytının təsisçisi olub. 18 sentyabrda Səbail rayon Məhkəməsinin qərarı ilə jurnalistə qarşı həbs-qətimkan tədbiri seçilib.
Bu yazı 11 ildən çoxdur ki, yayımlanıb.
Yayımlandı: 24 Yanvar 2014 15:17