”Jurnalistin maşınına qoyulan bomba kənardan idarə olunub”

Karuana Qalizianın oğlanları mükafatdan imtina edib

Source:
Dafne Karuana Qalizia
Dafne Karuana Qalizia


Karuana Qalizianın oğlanları mükafatdan imtina edib

Maltalı araşdırmaçı jurnalist Dafnə Karuana Qalizianın ölümünə səbəb olan partlayıcı qurğu məsafədən idarə olunub.

Malta rəsmiləri belə ehtimal edir. Məlumatı “BBC-azərbaycanca” yayıb.

Hökumət sözçüsü bu ehtimalın Mosta şəhərinin yaxınlığındakı Bidnica rayonunda baş vermiş avtomobil partlayışının ilkin istintaq nəticələri əsasında müəyyən edildiyini deyib.

Jurnalistlər yürüş keçirib

Bir qrup jurnalist isə Maltanın paytaxtı Valettada yürüş keçirərək qətlin onları qorxutmayacağını deyib. Sonda “Times of Malta” qəzetinin redaktoru Herman Qrex jurnalistlərin bəyanatını səsləndirib.

“Birimizə hücum qaranlıq saxlamaq istədiyi yerlərin işıqlandırılmasının qarşısını ala bilməyəcək. Bizdən birimizə qarşı hücum bizi susdurmayacaq”- bəyanatda deyilir.

Jurnalistin övladları mükafatdan imtina edib

Jurnalistin oğulları cinayət işində hökmlə nəticələnən məlumata görə təklif edilmiş bir milyon avroluq mükafatı dəstəkləməkdən imtina ediblər.

Onun oğlu Mattheu Karuana Qalizia “Facebook” səhifəsində qardaşları Andreu və Paulun da imzaladığı bəyanatı paylaşıb. Bəyanatda deyilir: “Anamızın qatilinin məhkum edilməsilə nəticələnən dəlilə görə bir milyon avroluq mükafatı dəstəkləmək üçün” Malta liderləri tərəfindən “fasiləsiz təyziq altındayıq”.

Muskat istefa versin!

Jurnalistin övladları həmçinin Maltanın Baş naziri Cosef Muskatı istefaya çağırıblar:

“Xatirələrimizdə anamızı həmişə susdurmağa çalışan insanlar ədaləti təmin edə bilməzlər. Siyasi məsuliyyət göstər və istefa et. Bizim mühüm hüquqlarımızı müdafiə etməkdə uğursuzluğuna görə istefa et!”

Qardaşlar Maltanın polis komissarının və baş prokurorunun da “Baş nazirə və onun qoruduğu şəxslərə qarşı dəlillər üzrə hərəkət etməkdən qorxmayan dövlət qulluqçuları ilə” əvəzlənməsini tələb ediblər.


Xatırlatma…

Oktyabrın 16-da 53 yaşlı Dafnə Karuana Qalizianın idarə etdiyi avtomobil Mosta yaxınlığındakı Bidnijada yerləşən evini tərk etdikdən bir müddət sonra partlayıb.

Dafnə Karuana Qalizia son araşdırmalarında Maltanın Baş naziri Jozef Muskatı Azərbaycanın çirkli pullarının yuyulmasında əlaqəsi olmasına görə tənqid edirdi.

Muskat qətl hadisəsini pisləyib:

“Hamı xanım Karuana Qalizianı mənim həm siyasi, həm də şəxsi məsələlərdə sərt tənqidçim kimi tanıyır, o, başqaları üçün də elə idi”.

O, həmçinin qeyd edib ki, “belə tədbirlərə heç bir halda haqq qazandırmaq olmaz”.

“Ədalət bərpa olunanadək mən sakitləşməyəcəm”, Baş nazir deyib.

Polis qətlin istintaqına başlayıb.

Ana səhifəXəbərlər”Jurnalistin maşınına qoyulan bomba kənardan idarə olunub”