Vəkil: Qərardan Avropa Məhkəməsinə şikayət veriləcək
Fevralın 4-də Bakı Apelyasiya Məhkəməsi hakim Əflatun Qasımovun sədrliyi ilə 30 sutka inzibati həbs tənbeh növünün tətbiq edilməsi ilə bağlı apelyasiya şikayətini təmin etməyib. Bu barədə vəkil Elçin Sadıqov şəxsi “Facebook” hesabında yazıb.
Vəkil Elçin Sadıqov bildirib ki, apelyasiya məhkəməsinin qərarından Avropa Məhkəməsinə şikayət edəcək.
Yasamal rayon Məhkəməsinin 23 yanvar tarixli qərarı ilə Rövşən Məmmədliyə İnzibati Xətalar Məcəlləsinin 535.1 maddəsinə əsasən (polisin qanuni tələblərinə tabe olmama) 30 sutka inzibati həbs verilib.
Rövşən Məmmədli sosial şəbəkələrdə Taleh Bağırzadənin tərəfdarı kimi tanınır və həbsindən bir neçə gün əvvəl Azadlıq qəzetində Taleh Bağırzadəyə dəstək yazısı yazmışdı.