Jurnalist Rasim Əliyevin ölümündə şübhəli bilinən Cavid Hüseynovun bibisi oğlu saxlanılıb. Bu barədə Meydan TV-yə hüquq-mühafizə orqanlarındakı mənbə məlumat verib. Həmin şəxsin və daha 5 nəfərin Rasim Əliyevi döydüyü güman olunur.
Faktı Cavid Hüseynovun adının açıqlanmasını istəməyən qohumlarından biri də Meydan TV-yə təsdiqləyib. Hələlik bu barədə rəsmi açıqlama verilməyib. Hüquq mühafizə orqanları daha 5 nəfərin axtarışını davam etdirir.
Musavat.com-un əldə etdiyi məlumata görə, “Qəbələ”nin sabiq kapitanının həbs edilən bibisioğlu Elşən İsmayılov da peşəkar idmançıdır, AZAL komandasının əvəzedici heyətində müdafiəçi mövqeyində oynayıb. E.İsmayılovun 21 yaşı var. O, 1994-cü il iyun ayının 21-də anadan olub.
Mənbə onu da bildirib ki, yaxın saatlarda prokurorluğun bu barədə məlumat yayacağı gözlənilir.