Jurnalisti Bakı Hava Limanında saxlayıblar

Xədicə İsmayıl: “Hətta ayağımın sarğısını açıb yoxladılar, sanki “Briliyant əllər” filmindəki kimi briliyant axtarırlar

Source:


Xədicə İsmayıl: “Hətta ayağımın sarğısını açıb yoxladılar, sanki “Briliyant əllər” filmindəki kimi briliyant axtarırlar

Sentyabrın 5-də səhər saatlarında jurnalist Xədicə İsmayıl iki saata yaxın Bakı Hava Limanında saxlandıqdan sonra saat 8.25-də azad buraxılıb.

Məlumatı Xədicə İsmayıl Facebook səhifəsində yayıb.

Jurnalist Tiflisdən ATƏT-in konfransından gələrkən əvvəlcə sərhədçilər tərəfindən saxlanılıb, sonra isə gömrük əməkdaşlarına təhvil verilib.

X.İsmayıl “Turan İA”-a bildirib ki, onun bütün əşyalarını, bank kartlarını, üzərində olan pullarını alıblar: “Üzərimdə geniş axtarış apardılar. Səfərdə ayağımı əzdiyim üçün arabada idim. Sərhədçilər kimisə çağırdılar, məni bir otağa apardılar. Sonra gömrükçülər gəldilər. Əşyalarımı bir-bir yoxladılar. Səfərdə ayağımı əzmişəm, ayağım sarıqdadır.

Hətta ayağımın sarğısını açıb yoxladılar, sanki “Briliyant əllər” filmindəki kimi briliyant axtarırlar. Pullarımı saydılar, gömrük bəyannaməsi yazıb-yazmadığımı, pulu Azərbaycandan aparıb-aparmadığımı soruşdular. Üzərimdə 3 800 avro, 500 dollar var idi. Hamısını götürdülər. Bank kartlarımı, hətta mağazadan verilmiş bonus kartımı da götürdülər. Ciblərimi də yoxladılar”.

Jurnalist ki saata yaxın bir otaqda saxlandığını qeyd edib: “ Bundan sonra təkrar yoxlama apardıqdan sonra azad buraxdılar”.

Ana səhifəXəbərlərJurnalisti Bakı Hava Limanında saxlayıblar