Jurnalistə hökm oxundu

Elçin Həsənov 1 il islah işlərinə cəlb edilib

Source:
Elçin Həsənov
Elçin Həsənov


Elçin Həsənov 1 il islah işlərinə cəlb edilib

İyunun 1-də Nizami Rayon Məhkəməsində jurnalist Elçin Həsənova hökm oxunub.  Məhkəmə soyuq silahla törədilən xuliqanlıq ittihamını daha yüngül maddəyə tövsif edərək, aylıq maaşının 20 faizi tutulmaqla E.Həsənovu 1 il islah işlərinə cəlb edib.

Prokurorluq isə E.Həsənovun 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.

Vəkil Fariz Namazlının sözlərinə görə,  ittihamın heç bir hüquqi əsası yoxdur və müdafiə tərəfi tam bəraət almaq niyyətindədir. Fariz Nazmalı hökmdən  şikayət verəcəklərini bildirib: “İnsidentin şahidləri yoxdur. Bütün ittiham zərərçəkənin ifadəsi üstündə qurulub. Bu zaman məhkəmənin gedişində E.Həsənovun soyuq silahdan istifadə etməsi mülahizəsi inkişaf etdirildi. Bunu nə zərərçəkənin özü, nə də məhkəmə-tibb ekspertizası təsdiq edir. Bu hal soyuq silahdan istifadə ittihamını daha yüngül maddəyə tövsif etməyə səbəb olub”.

E.Həsənov ötən il keçmiş «Asiya» agentliyinin başçısı Cəfər Cəfərovun ona basqı göstərməsi ilə bağlı şikayət edib.

Sonradan bu şikayət onun özünə qarşı çevrilib. Cəfər Cəfərov da indi dələduzluqda ittiham edilir.

Bu ilin martında E.Həsənova qarşı 221-1 maddə ilə cinayət işi açılıb. Daha sonra bu ittiham daha ağır maddə ilə 221-3 (soyuq silah tətbiq etməklə xuliqanlıq törətmək) əvəzlənib.

Elçin Həsənov Sumqayıtda nəşr edilən «Yüksəliş Naminə» qəzetinin redaktor müavinidir. Bundan əlavə, AXCP Ali Məclisinin üzvüdür.

Ana səhifəXəbərlərJurnalistə hökm oxundu