Jurnalist vəfat etdi

Zabil Müqabiloğlu serroz xəstəliyindən əziyyət çəkirdi

Source:
Zabil Müqabiloğlu – Foto: Sosial şəbəkə
Zabil Müqabiloğlu – Foto: Sosial şəbəkə


Zabil Müqabiloğlu serroz xəstəliyindən əziyyət çəkirdi

Jurnalist Zabil Müqabiloğlu dünyasını dəyişib. Bu barədə onun dostları “Facebook”-da yazıb. Onlar jurnalistin serroz xəstəliyindən əziyyət çəkdiyini, dünən axşam vəziyyətinin ağırlaşdığını bildirirlər:

“Hazırda onun nəşi 1 saylı Şəhər Kliniki Xəstəxanasındadır (Semaşko). Müvafiq prosedurlardan sonra ailəsinə veriləcək”.

Zabil Müqabiloğlu 1977-ci il noyabrın 17-də Zəngilan rayonunun Babaylı kəndində anadan olub. Bakı Asiya Universitetinin jurnalistika fakültəsini bitirib. 1996-1998-ci illərdə hərbi xidmətdə olub. 1998-ci ildən mətbuatdadır. “525-ci qəzet”, “Avropa”, “Tərcüman” qəzetlərində, “Yeni Müsavat” Media Qrupunda çalışıb.

Son iş yeri təsisçisi olduğu gunxeber.com saytı olub.

Ana səhifəXəbərlərJurnalist vəfat etdi