Jurnalist Samir Mirzə polis bölməsinə aparılıb

Jurnalist hələ də sərbəst buraxılmayıb

Source:

Jurnalist Samir Mirzə Binəqədi rayon 4-cü bölmənin əməkdaşları tərəfindən sorğu məqsədi ilə adıçəkilən bölməyə dəvət olunub.

Bu barədə “Bizim Yol”a yaxınları məlumat verib. Meydan TV yaxınları ilə əlaqə saxlayıb. Bildirilib ki, yanvarın 8-də axşam saatlarında polis əməkdaşları jurnalistin yaşadığı ünvana gəliblər. Jurnalist evdə olmadığından polis əməkdaşları bölməyə gəlmələrini söyləyərək gediblər. Bir neçə saat sonra valideynləri ilə bölməyə gedən Samir Mirzə hələ də sərbəst buraxılmayıb.

Jurnalist daha öncə də Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə çağırılmışdı.

Samir Mirzə bir müddət əvvəl Azadxeber.az saytının əməkdaşı olub. Saytın baş redaktoru Nicat Əliyev isə 10 il müddətinə azadlıqdan məhrum edilib. Beynəlxalq təşkilatlar Nicat Əliyevi vicdan məhbusu kimi tanınıb.

Ana səhifəXəbərlərJurnalist Samir Mirzə polis bölməsinə aparılıb