Jurnalist Rasim Əliyev dünyasını dəyişdi

Jurnalistin xəstəxanada daxili qanaxmadan öldüyü deyilir

Source:

Bu gün səhər saatlarında jurnalist Rasim Əliyev 1 saylı Şəhər Klinik Xəstəxanasında dünyasını dəyişib. Meydan TV-nin hazırda xəstəxanada olan əməkdaşının verdiyi xəbərə görə, onun daxili qanaxmadan öldüyü bildirilir. Xəstəxanaya R.Əliyev dünən yerləşdirilmişdi. Onu ilkin müayinə edən Babək Zeynalov adlı həkim olub. Rasim Əliyevi əməliyyat edən həkimin adı barədə məlumat verilməyib.

Rasim Əliyev ANN.TV-nin əməkdaşı olub. O, əvvəllər Obyektiv TV-nin reportyoru idi. Jurnalist döyülməsinə səbəb olaraq onun futbolçu Cavid Hüseynovun kiprli jurnalistə qarşı hərəkətini “Facebook” sosial şəbəkəsində tənqid etməsini göstərib.

Hazırda jurnalistin cəsədi Respublika Xəstəxanasının morquna yerləşdirilib. Onun ailə üzvləri və polis əməkdaşları da oradadır.

Ana səhifəXəbərlərJurnalist Rasim Əliyev dünyasını dəyişdi