Jurnalist qətlə yetirilib

Rusiyanın ”Ton-M” qəzetinin redaktoru Dimitry Popkov güllələnib

Source:


Rusiyanın ”Ton-M” qəzetinin redaktoru Dimitry Popkov güllələnib

Rusiyanın Krasnoyarsk diyarında yerli “Ton-M” qəzetinin baş redaktoru, yerli sovetin sabiq deputatı Dimitry Popkov qətlə yetirilib.

Hadisə Minusinsk şəhərində olub.

Məlumatı Rusiyanın “TASS” və “İnterfaks” agentlikləri yayıb.

Bildirilir ki, istintaq, peşə fəaliyyəti də daxil olmaqla azı 3 versiyaya baxır.

Əyalət istintaq komitəsindən verilən məlumata görə, qətl mayın 24-ü gecə saatlarında baş verib.

Popkovun cəsədi şəxsi evin həyətindəki hamamda aşkar edilib:

“Popkov 5 güllə yarası alıb. Bundan əvvəl şəhər şurasının deputatı olarkən onun özünə qarşı cinayət işi qaldırılmışdı. Popkov uşağı döyməkdə ittiham olunurdu. Amma o, ittihamı rədd edirdi”.

Məlumatda deyilir ki, məhkəmə onun təqsirli bilərək 300 saatlıq məcburi əməyə cəlb etmiş, bir qədər sonra isə Popkov deputat mandatından məhrum edilmişdi.

Bundan sonra o, “Ton-M” qəzetini buraxmağa başlayır və qəzetdə gedən yazılar Minusinsk şəhərində ictimai rezonans doğurur.

O, müsahibələrindən birində yerli məmurları jurnalistlərə hədə-qorxu gəlməkdə günahlandırırdı.

Ana səhifəXəbərlərJurnalist qətlə yetirilib