7 noyabrda jurnalist, hüquq müdafiəçisi Pərviz Həşimlinin həbs müddəti 3 ay uzadıldı. Səbail rayon məhkəməsinin qərarından narazı qalan jurnalistin vəkili Elçin Sadıqov apellyasiya şikayəti verəcək.
Jurnalistin evində qanunsuz axtarış aparılması ilə bağlı da şikayətə baxılıb. Hakim şikayəti təmin etməyib.
Pərviz Həşimlini bu ilin 17 sentyabrında MTN-in əməkdaşları saxlayıb. O, silah qaçaqmalçılığında ittiham olunur. Amma P.Həşimli hesab edir ki, onun həbsi siyasi və jurnalist fəaliyyəti ilə bağlıdır.
Bu yazı 11 ildən çoxdur ki, yayımlanıb.
Yayımlandı: 7 Noyabr 2013 21:01
Qısa link: https://storage.googleapis.com/qurium/www.meydan.tv/az-article-jurnalist-ombudsman-harada-olub.html
Ana səhifə ▸ Video ▸