Jurnalist Elçin Həsənovun apellyasiya şikayəti təmin edilmədi

Məhkəmə prokurorun da etirazını rədd edib

Source:
Elçin Həsənov
Elçin Həsənov


Məhkəmə prokurorun da etirazını rədd edib

İyulun 27-də  Bakı Apellyasiya Məhkəməsində Əflatun Qasımovun sədrliyi ilə xuliqanlıq ittihamı ilə bir il islah işlərinə məhkum edilmiş jurnalist Elçin Həsənovun işinə baxılması yekunlaşıb.

Prokurorluq hökmdən şikayət verib, ittihamı 221.1-ci maddədən (xuliqanlıq) 221.3-cü (xuliqanlıq, soyuq silahdan istifadə ilə törədildikdə) maddəyə tövsif edilməsini və cəzanın 3,5 il azadlıqdan məhrumetmə ilə əvəz olunmasını tələb edib.

Müdafiə tərəfi isə jurnalistə bəraət verilməsini istəyib. Apellyasiya Məhkəməsi birinci instansiya məhkəməsinin hökmünü qüvvədə saxlayıb, beləliklə prokurorun da, müdafiə tərəfin də etirazını rədd edib.

Cinayət işinə Elçin Həsənovla “Asiya” agentliyinin rəhbəri Cəfər Cəfərov arasında 2015-ci ilin fevralında baş vermiş insident səbəb olub. Cəfər Cəfərov Həsənov barəsində təhqiredici nəşrlər dərc edib.

Elçin Həsənov Sumqayıtın “Yüksəliş naminə” internet qəzetinin (yukselis.info) redaktor müavinidir. Bundan başqa, AXCP Ali Məclisinin üzvü və “Sumqayıt Gənclərinin Hüquqi Maarifləndirilməsi” QHT-nin sədr müavinidir. Elçin Həsənova qarşı cinayət işinin başlanması onun korrupsiya və orduda mənimsəmə mövzusunda nəşrləri ilə eyni vaxta təsadüf edib.

Ana səhifəXəbərlərJurnalist Elçin Həsənovun apellyasiya şikayəti təmin edilmədi