Jurnalist DİN-in Baş Pasport Qeydiyyat ve Miqrasiya İdarəsinə müraciət edib

“Əlaqədar orqandan xahiş etmişəm ki, pasportumun fəaliyyətsizləşdirilməsi haqqında qərarın sürətini mənə təqdim edəsinlər”

Source:


“Əlaqədar orqandan xahiş etmişəm ki, pasportumun fəaliyyətsizləşdirilməsi haqqında qərarın sürətini mənə təqdim edəsinlər”

Sentyabrın 8-də Azərbaycan-Gürcüstan sərhədində DİN əməkdaşları tərəfindən xarici pasportunun fəaliyyətinin dondurulması səbəbilə saxlanılan “Azadlıq” qəzetinin jurnalisti Natiq Ədilov DİN-in Baş Pasport Qeydiyyat ve Miqrasiya İdarəsinə müraciət edib.

Meydan TV-yə bu barədə məlumat verən həmkarımız bildirib ki, onu sərhəddən keçməyə qoymayıblar və buna qarşılıq olaraq yalnız deyiblər ki pasportunuzun fəaliyyəti dayandırılıb.

“Lakin pasportun fəaliyyətsizləşdirilməsi haqqından mənə heç bir məlumat verilməyib. Odur ki, əlaqədar orqandan xahiş etmişəm ki, pasportumun fəaliyyətsizləşdirilməsi haqqında qərarın sürətini mənə təqdim edəsinlər, bu barədə məni məlumatlandırsınlar”,- deyə jurnalist Ədilov söyləyib.

Ana səhifəXəbərlərJurnalist DİN-in Baş Pasport Qeydiyyat ve Miqrasiya İdarəsinə müraciət edib