Jurnalist 4 saylı cəzaçəkmə müəssisəsindən azadlığa buraxılıb

Bir saat əvvəl Ali Məhkəmənin Xədicə İsmayılın azadlığa buraxılması ilə bağlı verdiyi qərar icra olunub

Source:


Bir saat əvvəl Ali Məhkəmənin Xədicə İsmayılın azadlığa buraxılması ilə bağlı verdiyi qərar icra olunub

Jurnalist Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 4 saylı cəzaçəkmə müəssisəsindən azadlığa buraxılıb.

Mayın 25-də Ali Məhkəmədə X. İsmayıl barəsində olan hökmdən verilən kassasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib. O, cəzasının 3 il 6 ay müddətinə şərti cəza ilə əvəz olunması barədə qərar çıxarılıb.

Jurnalistə ittiham olunduğu Cinayət Məcəlləsinin 179 və 308-ci maddələri üzrə bəraət verilib. Bundan sonra Xədicə İsmayıl cəzası şərti hesab olunub.

Qərarda onun iki il müddətinə dövlət və özünüidarə orqanlarında rəhbər vəzifə tutmaq hüququndan məhrum edildiyi qeyd olunub.

X. İsmayıl Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən 7 il 5 ay müddətində azadlıqdan məhrum edilib.

O, hökmü siyasi sifariş hesab edib və Beynəlxalq Amnistiya Təşkilatı tərəfindən vicdan məhbusu elan olunub.

Ana səhifəXəbərlərJurnalist 4 saylı cəzaçəkmə müəssisəsindən azadlığa buraxılıb