IWPR-ın Azərbaycan ofisinin redaktoru: “Hakimiyyət regionları süstləşdirir”



“Getdigcə ictimi fəal insanların həbslərinin sayı artırılır, müstəqil jurnalistlərin hər hansı bir dövlət qurumundan informasiya alması sıxışdırlır”.

Bunu Meydan TV-yə müsahibəsində IWPR-ın Azərbaycan ofisinin redaktoru Samirə Əhmədbəyli deyir. Onun sözlərinə görə, Gəncədə  “Kamil Vətəndaş” Mərkəzinin rəhbəri Həsən Hüseynlinin  şərlənərək tutulması da bunu göstərir:

“Uzun müddətdir ki, regonlarda həm jurnalistlərin, həm də ictimai fəalların öz fəaliyyətləri ilə məşğul olmalarına heç bir imkan yoxdur və bu getdikcə pisləşir. Getdikcə həbslərin sayı artır, həmin insanların regionlardan sıxışdırılıb çıxardılması problemi ilə qarşılaşırıq. Biz öz layihəmizdə də bunların dəfələrlə şahidi olduq. Layihəmizdə iştirak edən iki nəfər öz yaşadıqları ərazini tərk etməlli oldular. Biri Gəncə, digəri Lənkərandan olan Yadigar Sadiqov. O, artıq həbsdədir. Yadigar ictimai fəal və siyasi xadim olmaqla yanaşı, həm də jurnalist kimi tanınır. Artıq çox anormal bir ssenari quruldu və onu həbsə atdılar. Əslində Həsən Hüseynlinin başına gələn hadisənin Yadigarın başına gətirilənlərlə çox paralelləri var”.

Samirə Əhmədbəyli müstəqil jurnalistlərin hər hansı bir hadisə ilə bağlı dövlət qurumlarından informasiya ala bilməmələrinə də diqqət çəkib. O bildirib ki, adiyyatı qurumlardan müsahibə götürmək üçün günlərlə, aylarla vaxt sərf edən jurnalist son vaxtlar müstəqil ekspertləri də regionlarda tapa bilmir:

“Çünki o ictimai xadimlər – hansılardan ki, şərh almaq mümkün idi –  artıq onlar ya tutulurlar, ya da sıxışdırılıb həmin ərazidən çıxarılırlar. Əslində bütün Azərbaycan üçün aktual olan məsələdir. Bakının özündə bir az ərazi böyükdür. İnsanalar üzdədir. Onlar səslərini beynəlxalq aləmə çatdırılar deyə, burada hələ tam boğumayıb. Azərbaycanda yerli mətbuat sıfır həddinə çatdırlıb. Regionlarda artıq mənfiyə doğru aparılır. Onsuz da jurnalistlərin azad fikir demək kimi bir imkanları yoxdur. Çünki bütün yerli mətbuat dövlətə bağlıdır”.

Ana səhifəVideoIWPR-ın Azərbaycan ofisinin redaktoru: “Hakimiyyət regionları süstləşdirir”