Cahangir Məmmədli 12 ildən sonra sədr postu ilə vidalaşdı
Azərbaycan Milli Elmlər Akademiyasının Folklor İnstitutunun direktoru Muxtar Kazım oğlu İmanov İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının sədri seçilib.
“Report”un xəbərinə görə, bu qərar Yayım Şurasının aprelin 18-də keçirilən iclasında verilib.
Ondan əvvəl Şuraya 12 il BDU-nun jurnalistika fakültəsinin dekanı Cahangir Məmmədli sədrlik edib.
M.İmanovun 62 yaşı var. O, AMEA-nın müxbir üzvüdür.