İtkin düşən neftçinin cəsədinin kimliyi açıqlanıb

Rzaxanov Edik Rivazin oğlunun cəsədi aprelin 2-də Xəzər dənizinin Türkmənistan sahillərində aşkar edilib

Source:


Rzaxanov Edik Rivazin oğlunun cəsədi aprelin 2-də Xəzər dənizinin Türkmənistan sahillərində aşkar edilib

SOCAR-dan “APA-Economics”ə verilən məlumata görə, ekspertlərin rəyinə əsasən, cəsəd 28 May NQÇ-nin 10 saylı dərin dəniz özülündə nəzarət ölçü cihazlarının çilingəri Rzaxanov Edik Rivazin oğlunundur.

O, dekabrın 4-də təbii fəlakət nəticəsində “Günəşli” yatağında baş vermiş qəzada itkin düşən neftçilərdəndir.

Neftçinin cəsədi aprelin 2-də Xəzər dənizinin Türkmənistan sahillərində aşkar edilib.

Dekabrın 4-də Neft Daşlarındakı 501 saylı və ”Günəşli” yatağındakı 10 saylı dəniz özüllərində baş vermiş qəzalar nəticəsində itkin düşmüş neftçilərin axtarışı davam edir.

Ana səhifəXəbərlərİtkin düşən neftçinin cəsədinin kimliyi açıqlanıb