İtaliyanın Baş naziri istefa verib

Mənbə: “lastampa.it”

Prezident Mario Draqinin ərizəsini qəbul edib

İtaliyanın Baş naziri Mario Draqi iyulun 21-də istefa verib.

O, bu gün səhər Parlamentin aşağı palatasında çıxışında iclasın yarımçıq dayandırılmasını xahiş edib.

Baş nazir bildirib ki, verdiyi qərarla bağlı dövlət başçısı ilə görüşəcək:

“Bu niyyətimlə bağlı prezidentlə görüşə gedirəm. Ona görə də iclasın təxirə salınmasını xahiş edirəm”.

Baş nazirin müraciətini nəzərə alan Pezident Sercio Mattarella cari vəzifələri yerinə yetirmək üçün hökumətə tapşırıqlar verib.

Bir gün əvvəl Senat minimum səslə Baş nazirə etimad göstərib.

Səsvermədə senatorların yarısından azı iştirak edib. Eyni zamanda, hakim koalisiyaya daxil olan 3 partiya – “5 Ulduz Hərəkatı”, “İrəli İtaliya” və “Liqa” iştirakdan imtina edib.

Ötən həftə M.Draqi dövlət başçısına istefa ərizəsi ünvanlamışdı, amma hökumət rəsmi olaraq parlamentin dəstəyini itirmədiyi üçün prezident istefa qərarını rədd etmişdi.

İtaliya mətbuatı yazır ki, Baş nazirin istefası oktyabrda növbədənkənar seçkilərin keçiirlməsinə yol açacaq.

Bildirilir ki, “5 Ulduzları” Hərəkatı minlərlə ailə və şirkətə maliyyə yardımı ilə bağlı mühüm fərman üçün səs verməkdən imtina etdikdən sonra Mario Draqinin koalisiya hökuməti dağılmaq ərəfəsində idi.

Ana səhifəDünyaİtaliyanın Baş naziri istefa verib