”İstək” liseylərinin kollektivi təsisçinin əməllərindən şikayətçidirlər

Qapadılan liseylərin müəllim və valideynləri təhsil nazirinə və prezidentə müraciət ünvanlayıblar

Source:
Şahin Seyidzadə
Şahin Seyidzadə


Qapadılan liseylərin müəllim və valideynləri təhsil nazirinə və prezidentə müraciət ünvanlayıblar

Azərbaycanda türk liseyləri kimi bilinən “Çağ” Öyrətim Liseylər şəbəkəsi 2014-cü ilin martında SOCAR-ın nəzdindəki Beynəlxalq Təhsil Mərkəzinə keçmişdi. Həmin vaxt Azərbaycan Dövlət Neft Şirkətinin vitse-prezidenti Xaliq Məmmədov Azadlıq Radiosuna verdiyi müsahibəsində bildirmişdi ki, türk məktəblərinin təsisçisi onlara müraciət edib və Beynəlxalq Təhsil Mərkəzinin tərkibində təmsil olunmaq istəyib.

Bu ilin iyun ayının 18-də isə SOCAR “əlavə maliyyə xərclərini azaltmaq üçün” həmin məktəblərin bağlanmasına qərar verib. Bu, valideynlərin narazılığına səbəb olub və ölkə prezidentinə müraciət ünvanlayıblar. Bundan sonra isə liseylər Zərifə Əliyeva adına liseyə daxil edilərək, “Eksperimental pilot sinifləri” adlanıb. Bir müddət sonra isə pilot məktəblərin nəzdində “İstək” liseyi yaradılıb. Lakin 2018-ci il iyulun 5-də “İstək” liseyinin təsisçisi təhsil müəssisəsinin fəaliyyətinin dayandırılması ilə bağlı qərarın qəbul edilməsi üçün Təhsil Nazirliyinə müraciət edib.

İstək liseyi
İstək liseyi

Səbəb kimi isə maliyyə çatışmazlığı göstərilib. Bununla bağlı aksiya keçirən lisey müəllimləri və valideynlər deyirlər ki, maliyyə sıxıntısından söhbət gedə bilməz. Hətta belə problem varsa, onlar bunun qarşısını almağa hazırdılar.

Meydan Tv-yə danışan valideynlərdən Arif Həsənov bildirib ki, liseyin bağlanmasının səbəbi kimi maliyyə probleminin göstərilməsi gülüncdür: “Onsuz da valideynlər liseydən istənilən təhsil haqqını ödəyirlər. Maddi problemləri yaranan bir qurumu ayağa qaldırmaq əvəzinə onu vurub öldürmürlər ki? Yəni, Azərbaycanın Təhsil Nazirliyinin maliyyə durumu bu qədər acınacaqlı vəziyyətdədir ki, bu cür yüksək səviyyəli liseyi bağlamaq qərarına gəlir?”

Şahin Seyidzadə nazirlərlə
Şahin Seyidzadə nazirlərlə

“İstək” liseyinin pedoqoji kollektivi adından hələ 2018-ci ilin may ayının 1-də yeni təhsil naziri Ceyhun Bayramova müraciət edilib. Kollektiv məktubda bildirir ki, özünü liseyin təsisçisinin (təsisçinin kim olduğu sənədlərdə bilinmir) nümayəndəsi kimi təqdim edən Şahin Seyidzadə və liseylərin pilot təhsil üzrə müşaviri Rüfət Əliyev bu məktəblərdə fəaliyyətə başladıqdan sonra problemlər də artmağa başlayıb. Müəllimlər iddia edir ki, Rüfət Əliyev və Şahin Seyidzadə gəldikləri ilk gündən Təhsil Nazirliyinin adından istifadə edərək, özlərinə yaxın olan adamları Baş idarəyə yerləşdirib, maliyyə əməliyyatlarını özünə yaxın adamların şirkətləri vasitəsilə gördürürmüş. Məktubda həmçinin qeyd edilir ki, Şahin Seyidzadə 2015-ci ildə Təhsil Nazirliyində “Sabah” layihəsinin koordinatoru vəzifəsinə təyin edilib. Lakin buna baxmayaraq, son günə qədər öz aylıq məvacibini “İstək” liseylərinin kassasından alıb, liseylərə qeyri-qanuni yoxlamalara gedib.

Meydan TV iddialarla bağlı adı çəkilən şəxslərlə dəfələrlə əlaqə saxlasa da, münasibət öyrənə bilməyib. Şahin Seyidzadə isə suallara cavab verməkdən yayınıb.

İyulun 7-də “İstək” liseyinin müəllim, şagird və valideynləri Prezident Administrasiyasının qarşısında Təhsil Nazirliyinin təhsil müəssisəsinin qapadılması ilə bağlı verdiyi qərara etiraz ediblər. Lakin onlara heç bir rəsmi cavab verilməyib. “İstək” liseylərinin bağlanması nəticəsində 600-dən artıq müəllim işsiz, üç minə yaxın şagird mətkəbsiz qalıb. Valideynlər isə uşaqlarını başqa məktəblərə köçürmək istəmirlər. Lisey kollektivi və valideynlərin birgə keçirdiyi imzatoplama

kampaniyasına

isə indiyədək 3 mindən çox adam qoşulub, imza atıb.

Təhsil nazirinə məktubun əsli
Təhsil nazirinə məktubun əsli

Təhsil nazirinə məktubun əsli
Təhsil nazirinə məktubun əsli
Təhsil nazirinə məktubun əsli
Təhsil nazirinə məktubun əsli
Ana səhifəXəbərlər”İstək” liseylərinin kollektivi təsisçinin əməllərindən şikayətçidirlər