İsrail diplomatları Aleksandr Lapşinlə görüşüb

Görüş İsrailin səfirliyinin Xarici İşlər Nazirliyinə müraciəti əsasında baş tutub

Source:


Görüş İsrailin səfirliyinin Xarici İşlər Nazirliyinə müraciəti əsasında baş tutub

Baş Prokurorluqda istintaq edilən cinayət işi üzrə təqsirləndirilən şəxs Aleksandr Lapşin fevralın 10-da vətəndaşı olduğu İsrail Dövlətinin Azərbaycandakı səfirliyinin əməkdaşları ilə görüşüb.

Bu barədə Respublika Prokurorluğunun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov APA-ya danışıb.

Xidmət rəhbəri bildirib ki, görüş beynəlxalq hüquq normalarına uyğun olaraq, İsrailin Azərbaycandakı səfirliyinin Azərbaycan Xarici İşlər Nazirliyinə müraciəti əsasında baş tutub.

Aleksandr Lapşin fevralın 7-də xüsusi reyslə Azərbaycan Dövlət Təhlükəsizlik Xidmətinin xüsusi təyinatlılarının müşaiyəti ilə Minskdən Bakıya gətirilib. Üç ölkənin vətəndaşı olan Lapşin Cinayət Məcəlləsinin 281.2 (dövlət əleyhinə yönəlmiş yönələn açıq çağırışlar) və 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz keçmə) maddələri ilə ittiham olunur.

Ana səhifəXəbərlərİsrail diplomatları Aleksandr Lapşinlə görüşüb